Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət qulluqçuları hər ay testdən keçəcəklər


Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb


PİA.AZ APA-ya istinadən bildirir ki, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihənin komitə müzakirəsində narazılığa səbəb olan müddəalar artıq razılaşdırılıb.
 
Razılığa əsasən, dövlət qulluqçusu rübdə bir dəfə deyil, ayda bir dəfə testdən keçəcək. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
 
Digər məqam ondan ibarətdir ki, sertifikat almış dövlət qulluqçusunun ikinci (sonuncu) sertifikatı həmişəlik qüvvədə olacaq. Layihəyə əsasən dövlət qulluğuna qəbulda müsahibə mərhələsinin təşkili mexanizmi, staj və sınaq müddəti və digər məsələləri əhatə edir. Layihəyə görə komissiyanın narazı qalan bir üzvünün tələbi ilə müsahibənin nəticəsi yenidən yoxlanıla biləcək. Bundan başqa, staj və sınaq müddətinin azaldılması da təklif olunur. Belə ki, bu müddətin 1 il 6 aydan 9 aya salınması nəzərdə tutulur.
 
Müsahibədən keçməyənlərə güzəşt edilməsi də nəzərdə tutulub. Belə ki, həmin şəxslər 2 il müddətində qurumun kadr ehtiyatında saxlanılacaq. Əgər bu müddət ərzində həmin dövlət orqanında iş olarsa, vətəndaş həmin vəzifəyə gətiriləcək.
 
Bununla yanaşı, qanuna 28-1-ci maddə (Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) əlavə edilir. Orada qeyd olunur ki, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq vəzifədə irəli çəkə bilər.
 
Layihə səsə qoyularaq qəbul olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar