Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət sirrini yayanların cəzası sərtləşdirildi


Azərbaycanda dövlət sirrini yayanlara qarşı cəzalar sərtləşdirilir


Azvision.az xəbər verir, bununla bağlı Azərbaycan Milli Məclisinin bugünkü plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik edilib.

Məcəlləyə təklif olunan dəyişikliyə görə, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə, eləcə də işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 6 ilədək (bundan əvvəl 2 ildən 5 ilədək), eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 8 ilədək (bundan əvvəl 3 ildən 7 ilədək) müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, hazırkı qanunvericiliyə əsasən yalnız vəzifəli şəxslər üçün dövlət sirrini yayma cinayət məsuliyyəti yaradır.

Məcəlləyə edilən mövcud dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar