Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlətə maaş və pensiyaları ödəmək üçün nə qədər vəsait lazımdır?

Hesablamalar göstərir ki: ayda 676 milyon, ildə 8,1 milyard manat...


İqtisadçı alim Qubad İbadoğlu muzdla çalışan işçilərin maaşı barədə sosial şəbəkədəki səhifəsində status payaşıb. 

PİA.AZ tanınmış iqtisadçının fikirlərini oxucularına təqdim edir:

2016-cı il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1,5 milyon nəfərdir ki, onlardan da 60 faizə qədəri və ya 890 min 600 nəfəri iqtisadiyyatın dövlət sektorunda çalışır. Həmin tarixə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 485,5 manat olduğunu nəzərə alsaq o halda dövlət büdcəsinə və dövlət şirkətlərinə işçiləri qarşısında öhdəliklərini yerinə yetirmək üçün ayda orta hesabla 432,4 milyon, ildə isə 5,18 milyard manat vəsait lazımdır. 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa görə, əmək pensiyalarına görə ödənişlərin illik məbləği 2,93 milyard manat, aylıq isə 243,6 milyon manat olacaq. 

Deməli, Azərbaycanda büdcənin, sosial müdafiaə fondunun və dövlət şirkətlərinin əhaliyə maaş və pensiya şəklində aylıq ödənişləri indiki səviyyədə qalarsa 676 milyon manat, illik ödənişləri isə 8 milyard 112 milyon manat təşkil edir. Bu vəsait ayrılıqda Dövlət Neft Fondunun cari il üçün təsdiq olunmuş büdcəsindən 2 dəfəyədək, dövlət büdcəsinə qeyri-neft bölməsindən daxil olması proqnozlaşdırılan vəsaitdən isə ən azı 2 milyard manat çoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar