Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövləti, milləti günaşırı müdafiə edənlər...



Kosmopolitlərlə ura-patriotların davası qurtaran deyil. Çoxdandır eyzən bir-birini qırırlar


Açığı, hər iki dəstədən, yumşaq desək, zəhləm gedir və onların da məndən, eləcə də bir-birindən zəhlələrinin getməsini təbii sayıram. Gənc dostlara hər zaman tövsiyə edirəm ki, çalışın nə ura-patriotlardan, şovinistlərdən olun, nə də kosmolitlərdən, manqurtlardan. 

Hərçənd onları zahirən tanımaq olmur. Bir də görürsən, əyninə güllü şortik geyib metroya minən bir gənc durub-durub elə mühafizəkarlıq, patriotliq sərgiləyir ki, mat qalırsan. Ya da olur ki, suratında bir yastıqlıq tük gəzdirən şəxs gedib cinsi azlıqlarla oturub-durur, heç bığından, saqqalından utanmır. 

Bu saat dolaşıq zəmanədir. Gərək üstünü unlu gördüyün adama dərhal dəyirmançı deməyəsən, ola bilər, adam sadəcə, çörək sexində un boşaldan fəhlədir.  Bilmək olmur.

Məsələn, bu saat sizdən “dünyada qulağı sırğalı kişilər ən çox hansı ölkədədir” deyə soruşsam, düşünmədən “Türkiyədə” cavabı verəcəksiniz və haqlı olacaqsınız. Doğrudan da elədir. “Bəs ən çox saqqal saxlayan gənc hansı ölkədədir?” Cavab yenə də “Türkiyədə” olacaq. Dünyanın ən çox qulağı sırğalı, eyni zamanda saqqallı gəncini soruşsaq, cavab dəyişməyəcək: “Türkiyədə”. 

Gerçəkdən də Anadolulu qardaşlarımız mühafizəkarlıqla modernliyi, kosmolitliklə millətçiliyi çox sıx şəkildə sintez ediblər. Baş aça bilmirsən.

Bizdə hələ yaxşıdır. Adama baxan kimi bilirsən ki, bu patriotdur, yerə gəlsə, dövlət atributundan ötrü yaxandan yapışıb, köynəyini boyunluğunu, pencəyinin döş cibini cırar. Adam da var, şortikinə baxan kimi bilirsən ki, bunun yanında milləti, vətəni söy, biabır elə, nəinki vecinə almaz, hələ özü də qayıdıb daha pis söyüş söyər. Amma sən qayıdıb başqa bir milləti söysən, etiraz edər, deyər, bu faşistlikdir, başqa millətləri söymək olmaz. 

Bu ölkənin kosmopolitləri belədir. Onlara görə, hamı yaxşıdır, bir özümüz pisik. Patriotlara görə isə hamı pisdir, tək biz yaxşıyıq. Hərçənd heç biri deyil. 

O gün yenə sosial şəbəkədə qırğın gedirdi və hələ də gedir. Hansısa bir şou verilışində iki gənc müğənni bacı hansısa məqsədlə 1 manatlıq əskinası tələf ediblər və ölkənin patriotları tökülüşblər bunların üstünə. Biri yazır ki, bu, cinayətdir, biri yazır, qəbahətdir. Beşi başqa şey yazır, onu tamam pis-pis şeylər yazır. Səudiyyə kralının ölüm xəbəri yalan olmuşdu, efirdə pulcırma məsələsi gerçək. 

Hələ kimsə də gedib Hafiz Hacıyevi tırkalamışdı, o da deyirdi, o pul cıranların üzünə tüpürəcək. Adam özünü rəsmən ölkənin baş patriotu kimi aparır son vaxtlar.

1 manatlıq əskinas dönüb ümummilli qeyrət simvolu olub. Amma bu hadisəyə önəm verməmək, müzakirə etməmək də olardı. Hər halda, bu, 200 min manatlıq avtomobillə 5 adamın belindən keçmək qədər böyük qudurğanlıq deyil.

Dəfələrlə bayrağı tərs tutanların (yaşıl rəng yuxarıda, mavi aşağıda), dövlət himnimiz oxunarkən sözləri tələffüz etməyənlərin kütləvi şəkildə söyülməsi, qınanması proseduru yaşamış, psixoloji travma almış adamlarıq, pulun efirdə qəfil cırılması hamımızı dəruni şəkildə sarsıdıb, bilirəm, amma, vallah, bunu ürəyə salmamaq olar.

Heç müasir insan olduğunu sübut eləməkdən ötrü də avropalı cinsi azlıqlar kimi geyinmək, o cür davranmaq, dəbdə olan tolerantlıq ritorikasından (“biz onlara pis baxmırıq”-zad) istifadə etmək, öz millətini xor görmək, xalqın milli dövlətçiliyinin olub-olmamasını önəmsəməmək şərt deyil. 
Vətənpərvər olmağın əsas əlaməti dövlət atributunun müdafiəsi üçün yaxa yırtmaq olmadığı kimi, liberal düşüncəli olduğunu göstərmək üçün cinsi azlıqlara dözümlü yanaşdığını mütləq şəkildə vurğulamasan da olar. 

Ancaq bəzi adamların iki gündən bir dövləti, milləti, onun atributlarını, simvollarını müdafiə məqsədilə cəngə çıxmaları adamı gerçəkdən dilxor edir. Axı dövlətin özünü müdafiə etmək üçün resursları çoxdur, sizə nə düşüb?

Ən yaxşısı budur: öz vətəninizi də sevin, yerdə qalan ölkələri də, öz millətinizi də xor görməyin, o biri millətləri də, başqa dövlətlərin bayrağına da hörmətlə yanaşın, özünüzünkünə də. Bir sözlə, başınızı aşağı salın, işinizi görün, amma bundan da özünüzə üstünlük düzəltməyin. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar