Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Döyülərək başı qırxılan qadının övladları uşaq evinə yerləşdiriləcək

Sumqayıtda həyat yoldaşı tərəfindən dəhşətli işgəncələrə məruz qalan, başı qırxılaraq təhqir edilən 1982-ci il təvəllüdlü Münəvvər Qəzənfər qızı Abbasovanın övladları uşaq müəssisəsinə yerləşdiriləcək


Bu barədə virtualaz.org saytına “Təmiz Dünya” Qadınlara Yardım İctimai Təşkilatının sədri Mehriban Zeynalova məlumat verib.

Hüquq müdafiəçisi deyib ki, hazırda qadın və övladları təşkilatın sığınacaq evində məskunlaşıblar. “Sumqayıt Şəhər İcra Hakimiyyətinin köməyi ilə uşaqları sığınacağa gətirmişik. İcra hakimiyyəti uşaqların sənədlərini hazırlayır. Azyaşlılar geyim və dərs ləvazımatları olmadığından məktəbə gedə bilməyiblər. Ana evdən qaçandan sonra uşaqlar nəzarətsiz qalıblar”, - M.Zeynalova əlavə edib.

Təşkilat Təhsil Nazirliyinə müraciət edib. Nazirlik uşaqları internat evi və ya uşaq müəssisələrinə yerləşdirəcək. “Uşaqların təhsil alması vacibdir. Onların hansı müəssisəyə yerləşdirilməsi məsələsinə nazirlik qərar verəcək. Münəvvərin böyük oğlu 11 yaşlı Kamal və qızı 7 yaşlı Əminə Hacızadə məktəbə getmir. Mehribanın 5, Muxtarın isə 3 yaşı var. Ana istədiyi vaxt uşaqlarını görə biləcək”, - Zeynalova söyləyib.

Qeyd edək ki, ailə münaqişəli ailə kimi Sumqayıt Şəhər Polis İdarəsində qeydiyyatda olub. Münəvvər Abbasovanın həyat yoldaşı Ümid Hacıyev saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir.

Xatırladaq ki, qadının həyat hekayəsi virtualaz.org saytında işıqlandırılandan sonra ailə nəzarətə götürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Ən çox oxunanalar