Şənbə, 30 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dubaydan bəzi malların gətirilməsinə qadağa qoyulub


Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Dubaydan (BƏƏ) bəzi məhsulların ölkəyə gətirilməsinə qadağa qoyub


Bu barədə “Report”a "Camex" yerli karqo şirkətindən müştərilərinə ünvanladığı SMS müraciətində bildirilir.

Məlumata görə, DGK-nın qadağa qoyduğu məhsullar arasında ətirlər, “Power bank” (mobil cihazlar üçün rezerv enerji qurğuları), “Segway” (təkərli elektron hərəkət vasitəsi) və bir sıra başqa batareya tərkibli əşyalar var. 

“Bu vaxta qədər gətirirdik. Amma bir neçə dəfə gömrükdə mallarımızı saxladılar, ona görə də daha həmin məhsulları gətirmirik”, - deyə karqo şirkətinin əməkdaşları müştərilərə izah verirlər. 

Şirkət təmsilçisi "Report"a qeyd edib ki, DGK bu qadağanı həmin məhsulların təhlükəli olması ilə əlaqələndirir.

Məsələ ilə bağlı DGK-dan "Report"a bildirilib ki, Azərbaycana bütün malların gətirilməsi mövcud qanunvericiliklə tənzimlənir və tələblərə uyğun gəlməyən malların gətirilməsi qadağandır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Taksilərə kamera qoyulması qərarına sərnişinlərdən reaksiya - Video

Valideynlərin nəzərinə: Uşaq oxumaq istəmirsə...

Salyanda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - Yenilənib

Ən çox oxunanalar