Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 9 oktyabr -Dünya Poçt İttifaqının (DPİ) yaranmasının 140-cı ildönümünü təntənəli şəkildə qeyd etməyə hazırlaşır
Bununla əlaqədar müvafiq tədbirlərin keçirilməsi planı nazirlik tərəfindən təsdiqlənib.
Nazirlikdən bildiriblər ki, plana əsasən, bu münasibətlə “Azərpoçt” MMC-də xüsusi tədbirin keçirilməsi, televiziya kanallarında veteran poçt işçilərinin iştirakı ilə verilişlərin təşkili və görülən işlərin kütləvi informasiya vasitələrində işıqlandırılması planladırılıb.
Eyni zamanda, oktyabrın 3-də MMC-nin tabeli müəssisələrinin binalarında və onların ətrafında səliqə-sahman, abadlıq yaradılması məqsədilə iməciliklərin keçirilməsi, oktyabrın 9-dək tabeli müəssisələrdə toplantıların təşkili, bayram münasibətilə “Azərpoçt” MMC-də əl işlərindən ibarət sərginin açılması və s. nəzərdə tutulur. Bundan əlavə, oktyabrın 8-də Kürdəmir poçt flialının Qarasu və Salyan poçt filialının Şəkərli poçt şöbələrinin yeni tikilmiş binalarının istifadəyə verilməsi planlaşdırılır.