Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya birjalarındakı çöküşün Azərbaycan manatına təsiri


Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıyla bağlı qərarı dünya iqtisadiyyatında ciddi gərginlik yaradıb


Adıçəkilən ölkənin milli valyutası dəyər itirib, dollar isə sürətlə qalxmağa başlayıb.

 Bu "zərbə"dən Azərbaycanda öz "nəsibi"ni alıb. Belə ki, Azərbaycan Dövlət Neft Fondu 12 saat ərzində 90 milyon dolara yaxın zərərə düşüb. Bundan başqa, qərarın açıqlanmasından sonra dünya bazarında Brent markalı neftin qiyməti 48,56 dollar səviyyəsinə enib. Avropa Fond birjaları isə çöküb. Böyük Britaniyanın aparıcı fond indeksi təxminən 9 faiz enib. Referendumdan sonra funt sterlinq 1985-ci ildən bu yana dollar qarşısında ən aşağı səviyyəyə düşüb. 

Bu və ya digər məqamlarla bağlı iqtisadçı-ekspert Samir Əliyev bir neçə saat içərisində baş verən dəyişiklikləri şərh edib:

“Belə qərarlar zamanı bazarlarda qısa müddətli panika yaranır. İngiltərənin Avropa Birliyindən çıxacağı halda gözlənirdi ki, funt sterlinq və avro ucuzlaşacaq. Bu da baş verdi. Funt dollara münasibətdə 30 illik həddə düşdü, avro isə ucuzlaşdı. Bu proses hələki davam edir. Bahalaşan isə Yapon yeni, ABŞ dollarıdır. Neft isə ucuzlaşıb. Düzdür, neft itirdiyi mövqelərini bərpa edir. 47 dollara kimi ucuzlaşan neft hazırda 49-a qədər bahalaşıb. Qızıl isə 5 faiz bahalaşıb. Bu, gözlənilirdi”.

S.Əliyev bütün bunların Azərbaycan üçün təsirsiz qalmasının qaçılmaz olduğunu qeyd edib: “Təbii ki hamını bir sual düşündür, bunun manata təsiri necə olacaq?

Əgər manatın məzənnəsini doğrudan da bazar müəyyənləşdirsəydi, bu gün görəcəkdik ki, manat dollara nisbətdə ucuzlaşıb. Amma bu, hələ ki, baş vermir. Biz yaxın günlərdə manatın məzənnəsinin dəyişiləcəyini görəcəyik. Əslində bilirik ki, Mərkəzi Bank manatı tənzimləyir. Ona görə manatın hansısa dəyişikliyi hələ ki, müşahidə edilmir”.

İqtisadçı sözügedən qərarın Azərbaycana təsir istiqamətlərini də açıqlayıb:

“Birincisi, neftin ucuzlaşması Azərbaycan üçün arzuolunan ssenari deyil. Biz neftin ucuzlaşmasını görürük.

İkinci təsiri Azərbaycanın valyuta ehtiyatlarıdır.

Üçüncüsü isə dolların bahalaşması manatın məzənnəsinə təzyiqi artacaq.

İndi hər şey Mərkəzi Bankın davranışından asılı olacaq. Maraqlıdır, Mərkəzi Bank belə bir vəziyyətdə öz valyuta ehtiyatlarını xərcləyib manata dəstək verəcəkmi, yoxsa manatı müəyyən qədər buraxacaqmı?

İstənilən halda mən bir devalvasiya ssenarisini istisna edirəm. Manatın ucuzlaşması davam edəcək”.(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar