Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya əhalisinin 92 faizini zəhərləyirlər


Dünya əhalisinin 92 faizi təmizliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) normalarına cavab verməyən hava ilə nəfəs alır


PİA.AZ report-a istinadən bildirir ki, bu barədə ÜST-ün məlumatında bildirilir.

Təşkilat tərəfindən aparılan tədqiqatların nəticələri interaktiv xəritədə öz əksini tapıb. Onun tərtib olunması üçün bütün dünya üzrə quraşdırılan üç min yerüstü müşahidə stansiyası, həmçinin peyk vasitəsi ilə əldə olunan məlumatlardan istifadə olunub.

ÜST-ün məlumatına görə, hər il təqribən 3 milyon insan ziyanlı tullantılarla bağlı xəstəliklərdən vəfat edir. Müəssisələr daxilində havanın keyfiyyətinin pis olması da insan sağlamlığına mənfi təsir göstərir. Təkcə 2012-ci ildə bu səbəblərdən 6,5 milyondan çox insan həyatını itirib. Bütün ölüm hallarının təqribən 90 faizi gəlir səviyyəsi aşağı və orta olan ölkələrin payına düşür.

Havanın keyfiyyəti ilə bağlı xəstəliklərə ürək-damar və tənəffüs sistemi xəstəlikləri aiddir.

Məlumatda bildirilir ki, ətraf mühiti təkcə insan çirkləndirmir. Məsələn, qum burulğanı kimi təbiət hadisəsi havanın keyfiyyətinə mənfi təsir göstərə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar