Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya əhalisinin üçdə biri oyun oynayır

Dünya əhalisinin 2,3 milyard nəfəri kompüter oyunlarına maraq göstərir


Lent.az-ın “İzvestiya” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə “NewZoo” şirkətinin apardığı araşdırmadan məlum olub.

Oyunsevərlərin 51 faizi mobil cihazlardan istifadə edir. Gözlənilir ki, 2018-ci ildə videooyunlar bazarı təxminən 140 milyard dollara çatacaq. Bu məbləğin yarıdan çoxu mobil oyunları əhatə edəcək. 

Sənəddə deyilir ki, son illər ərzində inkişaf etməkdə olan ölkələrdə Çin istehsalı olan smartfonların yayılmasının kəskin artması və ölkə hökumətlərinin mobil internet infrastrukturuna investisiyalarının həcmini artırması nəticəsində internetə çıxışı olan insanların sayı artıb.

Bir çox oyunçular böyük gəlirlərə malik deyil. Bunun üçün də onlar oyunlara çox pul xərcləyə, çoxsaylı əlavələr, yaxşılaşdırmalar və bonuslar əldə edə bilmirlər. Hətta oyunsevərlər tərtibatçılara pulsuz oyunlar oynayan zaman da reklamın izlənməsi ilə gəlir gətirirlər. 

Gözlənilir ki, 2021-ci ilə qədər istifadəçilərin oyunlara xərcləri 180 milyard dollara qədər artacaq, illik orta artım isə 10,3 faiz təşkil edəcək. Sakit okean regionu daha gəlirli olacaq və onun payına orta hesabla təxminən 71,4 milyard dollar düşəcək. Bu isə dünya üzrə ümumi gəlirin 50 faizi deməkdir. 

2017-ci ildə oyunlarda daha çox Çində qazanıblar – təxminən 38 milyard dollar. İkinci yerdə ABŞ bazarı yerləşir ki, bu bazar tərtibatçılara 30 milyard dollar gəlir gətirib. Üçüncü yeri 19,9 milyard dollar gəlirlə Yaponiya tutur. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar