Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada 1,5 milyon uşaq kor doğulub


Hazırda dünyada 41 milyon insan kordur. Korluqdan əziyyət çəkənlərin 82 faizinin yaşı 50-dən yuxarıdır. Azərbaycanda isə xüsusilə gənclər göz infeksiyasından şikayətçidir


Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən bildiriblər.

Xəbərdə qeyd olunur ki, hər il oktyabrın ikinci cümə axşamı Dünya Görmə Günü (World Sight Day) keçirilir.

Korluğun qarşısının alınması üçün Beynəlxalq Korluğun Profilaktikası Agentliyi göz problemləri ilə bağlı araşdırma aparır. Agentliyin son məlumatında hazırda 41 milyon insanın korluqdan əziyyət çəkdiyi göstərilir.

Görmə problemləri olanların 19 milyonu uşaqlardır. 1,5 milyon uşaq tam kordur. Dünyada hər il görmə problemləri olanların sayı 45 min artır.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov isə deyir ki, fəsil dəyişəndə gözdə müəyyən problemlər yaranır. Belə ki, fəsil dəyişiklikləri zamanı xəstələr daha çox gözlərdə qaşınma, qızarti, sulanma, gözlərin “zığlanması” şikayətlləri ilə müraciət edirlər.

Klinikaya edilən müraciətlər arasında uşaqlarda görmə zəifliyi, çəpgözlük, gənclərdə göz infeksiyası və allergiyaları, yaşlı xəstələr isə adətən katarakta, diabetik retinopatiya, hipertoniyaya bağlı göz dibi dəyişiklikləri olan və yazını görməkdə problem yaşayan xəstələr üstünlük təşkil edir.

Q.İsmayılov virtualaz.org saytına açıqlamasında deyir ki, gözdə sulanma şikayəti olanlar həkimə müraciət etməlidir: “Allergik xəstəliklərlə bağlı sulanma ən çox rast gəlinən hal olsa da göz yaşı kanalının tıxanıqlığı, korneal və ya konyuktival yad cisimlər, keratit kimi digər göz xəstəlikləri mütləq həkim tərəfindən müayinə edilməlidir. Əks təqdirdə çox ciddi fəsadlar baş verə bilər”.

Həkim göz xəstəliklərindən qorunmaq üçün gigiyena qaydalarına əməl etməyin vacibliyindən danışdı: “Hər səhər üz yuyularkən göz qapaqları və kiprik dibi təmizliyinə diqqətlə yanaşmaq lazımdır. Gözlər üçün istifadə edilən kosmetik vasitələr diqqətlə seçilməli, keyfiyyətindən əmin olmadığınız vasitələrdən uzaq durmağa çalışmalısınız”.

Xatırladaq ki, korluq - görmə qabiliyyətinin itirilməsidir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının ləkələnməsi, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir.

Dünyada yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluq da geniş yayılıb.

Mütəxəssislərin rəyinə görə, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar