Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada millətçilik qayıdırmı?

Bəli, “Bu bir neçə gündə dünya İngiltərə ilə yaşadı”- desək, elə də səhv etmərik


Bir neçə gün ingilis sözü az qala evdar qadınların da dilindən düşmədi. Əslinə qalsa, proses o qədər mürəkkəb və çoxşahəldir ki, bütün detalları bir yazı ilə ehtiva etmək mümkünsüz görünür. Məsələn, ruslar böyük bir qələbə eyforiyası yaşayırlar... 

Bir tərəfdən Avropanın sarsılmasında öz vəziyyətlərinin düzələcəyinə və sanksiyaların götürüləcəyinə işarələr axtarır, o biri tərəfdən də İngiltərə ilə münasibətləri pis olduğundan bu ölkənin Avropanın siyasi “rıçaq”larından kənarlaşmasını, Avropada daha əvvəlki kimi ton verməyəcəyini bayram edirlər...

Amma bəzi xarici müşahidəçilər kimi “Putin qələbə çaldı!” deməyə tələsməzdik. Məsələ bundadır ki, Böyük Britaniya Avropa Birliyindən və onun institutlarından çıxır, Avropadan köçüb başqa yerə getmir. Düzdür, bu ölkənin özü üçün çox böyük fəsadlar gözlənir. Özü də söhbət təkcə iqtisadi detallardan getmir – ingilislər çox güclü insanlardır və onlar istənilən iqtisadi problemi həll etməyi bacararlar...

Artıq hamı bilir ki, Şotlandiya və Şimali İrlandiya Birlikdə qalmağa səs verib. Bu isə o deməkdir ki, bu iki vahid yaxın vaxtlarda referendum keçirə və Böyük Britaniyadan qopa bilərlər. Onsuz da Şotlandiya elə bu yaxınlarda referendum keçirmiş və Böyük Britaniya parçalanmaq aqibətindən zorla qurtula bilmişdi. Böyük ehtimalla Şotlandiyada təkrar referendum keçirilsə, müstəqillik tərəfdarlarının sayı bir az da artacaq. Qərəz, dediyimiz budur ki, Avropa Birliyinin ardınca Böyük Britaniyanın özü parçalana bilər – daha qorxulusu budur...

Ən əsası isə, bilirsinizmi, nədir? U.Çörçill, Böyük Britaniya siyasətini bir neçə il irəliyə müəyyən etmiş bir adam, həmişə deyirdi ki, güclü Britaniya elə güclü Avropa deməkdir! İndi məlum olur ki, Britaniya heç də Avroopa ilə birgə olmaq və bu birgəliyin məsuliyyətini daşımaq istəmir...

Bəlkə də bir az mübahisəli görünəcək, amma bizə elə gəlir ki, iqtisadi cəhətdən çox güclü olan Almaniya ilə qocaman siyasət ölkəsi Britaniyanın bir ittifaqda izdivacı çox çəkə bilməzdi. Hamı etiraf edir ki, Avropa Birliyi daha çox Almaniya deməkdir, baxmayaraq ki, Fransa və Britaniya hərbi cəhətdən daha güclü hesab edilirlər. Amma bir məsələ var ki, pulu kim verirsə, musiqini də o, sifariş edir. Niyə görə NATO daha çox ABŞ-ın sərəncamındadır? Ona görə ki, Blokun xərclərinin az qala 70 - 80 faizini ABŞ çəkir... 
İndi Almaniya faktiki olaraq Avropa Birliyində “yeganə skripka” olacaq və Avropa Birliyinə də sırf “Almaniyanın qurumu” demək heç də bir söz oyunu olmayacaq, əsl reallığı əks etdirəcək...

Amma digər ölkələr bununla razılaşacaqmı? Britaniyanın Avropa Birliyindən çıxması, ümumiyyətlə, qloballaşmaya böyük zərbə oldu və birmənalı şəkildə demək olar ki, dünya yenidən millətçiliyə, hətta bəlkə də təcridçiliyə qayıdır. Təsadüfi deyil ki, bütün Avropa ölkələrində millətçi və ya mühafizəkar partiyalar fəallaşıb. Düzdür, onlar əlaqələrin saxlanılmasının vacib olduğunu deyirlər. Amma milli cuverenliyə və daha çox sərbəstliyə önəm verir, dövlətüstü və ölkəüstü qurumları heç cür qəbul etmrlər...

Belə bir şəraitdə Azərbaycanla bağlı da bir neçə söz deməyə dəyərdi. Bu gün onu demək olar ki, böyük ehtimalla regional proqramlar bir az səngiyəcək, genişlənmə məsələləri arxa plana keçəcək... Ona görə ki, bu qurum Böyük Britaniyanın timsalında öz ciddi donorlarından birini itirdi və indi bunu daha kasıb ölkələrin hesabına kompensasiya etməyə çalışmaq bir o qədər də məntiqli olmazdı. Amma kim bilir?.. Bəli, ruslar demişkən: “şeytan nə ilə zarafat etmir?”...

Bizə gəldikdə, nə Avropanın Azərbaycanla bağlı, nə də Azərbaycanın Avropa ilə bağlı ciddi planları yox idi. Təbii ki, Avropa ilə Rusiya arasında vurnuxan və daha çox Rusiyaya meyl edən rəsmilərimiz rahat nəfəs ala bilərlər! ABŞ da dağılsaydı lap rahat olardılar!..
Bizə elə gəlir ki, bu situasiyada Avrasiya İttifaqına yönəlik niyyətlər də azalmalıdır. İngiltərə Avropa Birliyi kimi elitar klubdan çıxırsa, biz niyə özündə real olaraq heç nə ehtiva etməyən və yüzə-yüz Rusiyanın siyasi tilovu olan Avrasiya İttifaqına tərəf boylanmalıyıq?

Əslində bunu cəmiyyət etmir... Cinin canı şüşədə olduğu kimi bizim hakimiyyətin də ürəyi Moskvadadır. Ən qəliz tərəfi də budur ki, bunu öz özəl hakimiyyət maraqları ilə deyil, Qarabağla izah edirlər. Amma mən bu yazını yazmaq ərəfəsində rus mediasında daha bir yazını oxudum və bir daha əmin oldum ki, “Peterburq razılaşmaları” haqqında deyilənlər bir neçə ay üçün nəzərdə tutulmuş siyasi blefdən savayı bir şey deyildir.(musavat.com)

Yazar : Hüseynbala Səlimov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar