Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən amansız 10 qatilinin edam qabağı son sözü


Onlardan bəziləri əfv diləyib

 
Lakin heç də hamısı peşmanlıqla dünyadan getməyib. 

PİA.AZ Kulis.az-a istinadən dünyanın 10 ən amansız qatilinin edamdan əvvəlki son sözlərini təqdim edir.
 
1. Ölüm cəzasına məhkum olunmuş 75 yaşlı Tommi Artur məhkəmə ilə mübarizə apararaq  7 dəfə ölümcül iynədən yaxa qurtara bilmişdi. 2017-ci ildə ölümündən əvvəl o öz qızına sevgi etirafı edib: “Mən səni sevirəm.”

 
2. Silsilə qətllər müəllifi Ted Bandinin qurban siyahısında 30 dan çox insan olub. 2012-ci ilin mayında məlum olub ki, Ted 100 dən artıq adam öldürüb. Onu 1989-cu ilin 24 yanvarında elektrik stuluna bərkidirlər. Son sözləri isə bunlar olur: “İstəyirəm sevgilərimi ailəmə və dostlarıma çatdırasınız”

 
3. Ailəni öldürüb qaçan Cimmi Qlass 1987-ci ildə elektrik stuluna oturur. Həm də bu sözlərlə: “Kaş mən balıq tutmaqla məşğul olardım”.

 
4. Tomas Qrasso iki təqaüdçünün ölümündə təqsirli bilinib. Son sözləri ilə o həbsxana əməkdaşlarına müraciət edib. Ona istədiyi spagettidən verilməyib, o, buna etiraz edib. Tomas 1995-ci ildə ölümlə cəzalandırılıb. Son sözləri isə bunlar olub: “Mən öz istədiyim spagettidən ala bilmədim. Ala bilmədim. İstəyirəm mətbuat bunu bilsin”.

 
5. Eylin Uornosu yeddi kişinin ölümündə təqsirləndiriblər. Qadın bu kişiləri öldürməkdə müdafiə məqsədi güddüyünü deyib. Onun fikrincə bu kişilər onu zorlamaq istəyib. “Mən qayaya doğru üzürəm. Müstəqillik günü kimi geri qayıdacam. İsa peyğəmbər ilə, 6 iyunda qayıdacam. Filmlərdəki gəmi kimi...”

 
6. Ceyms Frençi öz kamera yoldaşının ölümündə günahlandırıblar. Bundan əvvəl o, maşınında getdiyi kişini öldürüb. “Yazın bunu tarixə. Bu başlıq necədi? Kartof Free!”

 
7. Kerrol Parr 2013-cü ilin mayında İspaniya vətəndaşının ölümü ittihamı ilə cəzalandırılıb. O, bütün proses boyu öz günahsızlığını iddia edib, amma əsl günahkarları da satmayacağını deyib. Kerrolun dünyaya son sözü bu olub: “Mən qayıdacam. Artıq yoldayam”


8. Vəhşi ləqəbli Piter Manueli 1958-ci ildə asıblar. 7 dən artıq adamın ölümündə və zorlanmasında təqsirli bilinib. Son sözü isə bunlardır: “Radionun səsini qaldırın. Mən sakitcə çıxıb gedəcəm.”


9. Silsilə qətllər törədən amerikalı Karl Pansram 1930-cu ildə asılır. O, oğurluq, qarət, yanğın törətməkdə, kişiləri və oğlanları zorlamaqda təqsirli bilinib. O, son sözünü hökmü icra edənə deyib: “Di cəld ol, it oğlu! Sən tərpənənə qədər mən 10 adam öldürərdim”


10. Amerika ordusunun keçmiş serjantı Timoti Ceyms 2001-ci ildə edam olunub. O, 1985-ci ildə Oklaxoma-Sitydə federal binanı partlatmaqda təqsirli bilinib. Partlayış nəticəsində 168 adamı həlak olub. Cinayətkarın son sözləri bunlar olub: “Mən öz taleyimin sahibiyəm. Mən öz ruhumun kapitanıyam!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar