Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlandı


Azərbaycanın adı yoxdur


ABŞ-ın, əsasən, elmi məlumatlar dərc edən «USNews&Worldreport» qəzeti dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb.

PİA.AZ Azadlıq radiosuna istinadən bildirir ki, siyahıda 60-a qədər ölkənin 1000 universitetinin adı çəkilir. Azərbaycanın ali təhsil ocaqlarının adı siyahıya düşməyib.

KRİTERİYALAR

Qəzet universitetlərin elmi araşdırma fəaliyyətinə və qlobal, eləcə də regional nüfuzuna görə seçildiyini, 12 mühüm amilə görə qiymətləndirildiyini yazır. Mühüm amillər dedikdə, universitetlərin apardığı elmi-araşdırma fəaliyyəti, elmi nəşrlər, məqalələr, eləcə də kitablar, keçirdikləri müşavirələr, beynəlxalq əməkdaşlıq səviyyəsi, onlara istinadlar və s. nəzərdə tutulur.

Ali təhsil ocaqları 100 ballıq sistemlə qiymətləndirilib.

İlk 10-luğa daxil olanlar ABŞ-ın Harvard Universiteti (100 bal), Massaçusets Texnologiya İnstitutu (97.9), Stenford Universiteti (92.9), Kaliforniya-Berkli Universiteti (92.8), Kaliforniya Texnologiya İnstitutu (89.3), Britaniyanın Oksford Universiteti (88.1), Kembric Universiteti (86.3), Prinston Universiteti (86.2), Kolumbiya Universiteti (85.9) və Kaliforniya-Los-Anceles Universitetidir (85.8 bal).

İRANDAN 11, RUSİYADAN 10 UNİVERSİTET

Siyahıya Türkiyənin 23 ali təhsil ocağının adı düşüb. Onlardan ən çox bal toplayanı Boğaziçi Universiteti (64.7), Yaxın Şərq Texniki Universiteti (61.1), İstanbul Texniki Universitetidir (59.9).

«USNews&Worldreport»un siyahısında İranın 11, Rusiyanın 10 təhsil ocağının adı çəkilir. Rusiyadan ən çox bal toplayan universitetlər Lomonosov adına Moskva Dövlət Universitetidir, 59.3 balla qiymətləndirilib. Moskvadakı Milli Nüvə Araşdırma Universiteti 53.1, Sankt-Peterburq Dövlət Universiteti 49.6 bal alıb.

İranın Şərif Texnologiya Universiteti (53.4 bal), Tehran Universiteti (51.8), İsfahan Universiteti (49.6 bal) bu ölkənin ən yaxşı ali təhsil ocaqları hesab olunub.

Sonuncu yerlərdən birini tutsa da, Gürcüstan Dövlət Universitetinin də adı dünyanın ən güclü 1000 ali təhsil ocaqları siyahısındadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar