Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın səkkiz ən güclü xüsusi təyinatlısı –Araşdırma

Peter Tunborq


Dünyada ən güclü elitar bölmələr mistika və romantika haləsinə bürünüb. Onlar hamıdan yaxşı hazırlanıb və ən mürəkkəb vəzifələri icra edirlər. Adi əsgərlər risk etmək istəməyəndə və yaxud bacarmayanda məsələyə xüsus təyinatlı qoşunlar girişir.

Business Insider dünyanın səkkiz ən güclü xüsusi təyinatlı dəstəsinin reytinqini tərtib edib.

8. “Qara leyləklər”

Special Services Group (SSG) – Pakistan ordusunun xüsusi təyinatlı qrupu

Ən yaxşı elit qoşunlardan danışarkən Pakistan dərhal yada düşən ölkə deyil. SSG hər birində 700 nəfər olmaqla səkkiz batalyona bölünmüş 5600 hərbçidən ibarətdir. Hər qrupda on nəfər var. Bu döyüşçüləri özəl baş örtüyünə görə vətəndə “qara leyləklər” adlandırırlar. “Qara leyləklər” bu il 60 illik yubileylərini qeyd edirlər.

Bu bölmələr həm sərhədyanı toqquşmalar, həm də dini ekstremizmin olduğu son dərəcə narahat bölgədə fəaliyyət göstərir. Pakistan SSG qüvvələri 2014-cü ilin dekabrında “Əl-Qaidə”nin əməliyyat lideri Ədnan Gülşair əl-Şükri Cumanı və onun beş əsgərini izləyib məhv etdi.

7. Dənizi, sahili, qurunu qoruyurlar

Fuerza de Guerra Naval Especial – İspaniyanın özəl hərbi-dəniz qüvvələri

İspaniyanın Özəl hərbi-dəniz qüvvələri 2009-cu ilədək xüsusi əməliyyat Bölməsi (Unidad de Operaciones Especiales) adlanıb. Ehtimal edilir ki, xüsusi bölmənin tərkibində 100-ə yaxın adam var. Onların vəzifəsi sahildən 50 km uzaqlıqda dənizi, sahili və quru sahəsini qorumaqdır. Hesab olunur ki, bölmə Britaniyanın SAS və Amerikanın “Dəniz pişikləri”nin nümunəsi əsasında təşkil edilib. İspanlar bunların hər ikisi ilə məşqlər keçiriblər. İspaniya qüvvələri bütün müasir xüsusi xidmətlər kimi təkcə düşmənlə deyil, həm də dövlətin təhlükəsizliyini sarsıdan terrorizm təhdidi ilə vuruşmağa hazırdır.

6.Teatrda girovların azad edilməsi fəlakətlə qurtardı

“Alfa”, Rusiya

1111

“Alfa” xüsusi bölməsi 1974-cü ildə Dövlət təhlükəsizlik komitəsinin rəhbəri Yuri Andropovun xüsusi qərarı üzrə DTK-nın nəzdində yaradılıb. Qərar 1972-ci il Münhen Olimpiya oyunlarında kütləvi qətllər nəticəsində qəbul edilib.

“Alfa” dəstəsi Rusiya ərazisində terrorçulara qarşı tətbiq edilib, həmçinin xarici əməliyyatlarda iştirak edib. Bölmənin xüsusi ixtisası  girovların və yaxud oğurlanmış şəxslərin azad edilməyidir. 2002-ci ildə Dubrovka teatrında əks-terror əməliyyatı fəlakətlə başa çatdı. 129 girov və çeçen separatçılarından 39 terrorçu həlak oldu. “Alfa” xüsusi dəstəsi tənqid axınına məruz qaldı.

5.1800-dən çox əməliyyyat keçirib

National Gendarmerie Intervention Group (GIGN) – Fransa jandarmeriyasının xüsusi təyinatlı bölməsi

111

GIGN də “Alfa” kimi 1972-ci Münhen Olimpiadasındakı faciənin ardınca yaradılıb. Məhz o zaman aydın oldu ki, dünya yeni təhlükə – terrorizmlə üzbəüz qalıb. Fransa jandarmeriyasının xüsusi bölməsi öz tarixi ərzində 1800-dən çox əməliyyat keçirərək 600-dən çox girovu azad edib. Əməliyyatların əksəriyyəti böyük rezonans doğurub. Məsələn, 1994-cü ildə əlcəzairli terrorçuların ələ keçirdiyi təyyarənin 229 sərnişini xilas edilib.

Bu xüsusi təyinatlı 2015-ci ili yanvarında Parisdə “Şarli Ebdo” (Charlie Hebdo) dərgisinin redaksiyasındakı qətlin arxasında duran iki terrorçunu məhv edib.  

4.Aeroprtda terrorçulara zərbə endirdilər

Sayeret Mat’kal – İsrail müdafiə Ordusu Baş Qərargahının xüsusi təyinatlısı

121

İsrail təhdid və hücumların müntəzəm hədəfinə çevrilən ölkədir, lakin ümid var ki, Sayeret Mat’kal xüsusi xidməti gec-tez durumu qaydaya salacaq. Xüsusi xidmət hər şeydən əlavə, kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur, həmçinin böhranlı durumlarda istifadə edilir. Belə durumlardan biri 1976-cı ildə yarandı və “Entebbe” əməliyyatı adını aldı. Fələstin terrorçuları 248 sərnişinlə Təl-Əvivdən Parisə uçan Fransa təyyarəsini ələ keçirdilər. Terrorçular Air France laynerini kursu dəyişməyə və Uqandanın Entebbe aeroportuna uçmağa məcbur etdilər. Yəhudiləri və İsrail vətəndaşlarını qalan sərnişinlərdən ayırdılar. Terrorçular girovları fələstinli dustaqlarla dəyişməyi tələb etdilər. Əks halda israilliləri və digər yəhudiləri ölüm gözləyirdi.

Sayeret Mat’kal xüsusi təyinatlısı aeroporta çağırıldı və girovların azad edilməyi üçün uğurlu əməliyyat keçirildi. Hadisə bütün dünya üzrə KİV-də geniş işıqlandırıldı.

3.Xüsus təyinatlıların məşq sistemini yaratdılar

Special Air Service (SAS) – Özəl hava xidməti, Böyük Britaniya

SAS II Dünya savaşının gedişində bir neçə təhlükəli əməliyyat keçirib. Münhen Olimpiadasından sonra aydın oldu ki, dünyada əsas təhlükə öz simasını dəyişib və Özəl hava xidməti terrorizmıə qarşı mübarizəyə hazırlaşmağa başladı. Britaniya SAS bir çox baxımdan xüsusi xidmətlərin məşq sisteminin müəllifi oldu.

Britaniya xüsusi təyinatlısının İranın London səfirliyinə hücumunu əks etdirən fotoşəkillər klassikaya çevrilib. Bölmənin əsgərləri çardaqdan binanın fasadı ilə enib içəri girdilər. Sonra atəş səsləri eşidildi, altı terrorçudan beşi öldürüldü.

2.Deviz: “Güc və hiylə ilə”

 Special Boat Service (SBS) – Özəl qayıq xidməti, Böyük Britaniya

Özəl qayıq xidməti ABŞ-ın “Dəniz pişikləri”nin Britaniya analoqudur.  SAS quru əməliyyatlarına sorumludursa, SBS döyüşçüləri dəniz fəaliyyətinə öyrədilib. Xüsusi bölmənin devizi “Güc və hiylə ilə”dir (By strength and guile).

SBS əsgərlərinin məşqi dünyada ən ağır məşqlərdən biridir. Şayiələr gəzir ki, təlim prosesində daha çox adam həlak olur, nəinki silahlı əməliyyatlar zamanı. Məşq sisteminə dözüm sınağı, cəngəlliklərdə sağ qalmaq, yaxın döyüş, həmçinin əksər iştirakçıların müqavimətini qıran intensiv sorğu üsulları daxil edilib.

1.Üsamə bin Ladeni öldürdülər

Navy Seals – “Dəniz pişikləri”, ABŞ

122

Amerikanın “dəniz pişikləri” çoxları üçün elit hərbi qüvvələrin ideal nümunəsidir. Bölmə 1962-ci ildə prezident Con Kennedinin qərarı ilə yaradılıb.

Dünyada durum narahat idi. Fidel Kastronun devrilməsi planından bir il öncə Kubada Koçinos körfəzininn uğursuz şəkildə ələ keçirilməyindən sonra ABŞ-ın və şəxsən prezidentin nüfuzuna hiss olunacaq zərbə dəydi.  

Bölmə ABŞ-ın qatıldığı bütün silahlı münaqişələrdə istifadə edilib. 2011-ci il mayın 2-də Pakistanın Abbasabad şəhərində Üsamə Bin Ladeni məhz “Dəniz pişikləri” məhv etdi.(Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar