Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ürəyi Şərqdə döyünəcək


"Dünyanın ən nüfuzlu proqnoz mərkəzləri qarşıdan gələn onilliklərdə dünya iqtisadiyyatının ürəyinin məhz Şərqdə döyünəcəyini bildirirlər"


Bu sözləri Axar.az-a açıqlamasında bu yaxınlarda Putinin Çinə gözlənilən səfərini şərh edərkən politoloq Tofiq Abbasov deyib. O, Moskva və Pekinin  əməkdaşlığın hərbi-texniki seqmentini vaxtaşırı qabartmasını təsadüf hesab etmədiyini bildirib:
 
Rusiya ilə Çin strateji tərəfdaşlığa məhkum ölkələrdir. Onların münasibətlərini yaxın gələckdə müəyyən edən təkcə iqtisadi maraqlar deyil. İndi gündəmdə təhlükəsizlik problemləridir. Son illər iki ölkənin silahlı qüvvələri birlikdə və genişmiqyaslı təlimlər keçirməklə digər tərəflərə birgə müqavimət potensialına malik olduqlarını və dünyanın istənilən nöqtəsində həmahəng əməliyyatlar apara biləcəklərini göstərirlər. Moskva və Pekin əməkdaşlığın hərbi-texniki seqmentini təsadüf yerə vaxtaşırı qabartmır. Digər tərəfdən iqtisadi çətinliklər də hər iki tərəfi yaxın olmağa sövq edir. 

Məsələyə aktuallıq gətirən odur ki, Çin özünün qərb bölgələrini inkişaf trendlərinə gətirmək istəyir, Rusiya isə öz şərqini. İki dövlət arasında bağlanmış müqavilələrdə ayrı-ayrı bölgələrin birbaşa əlaqə qurub, ticari-istehsalat kooperasiyasını inkişaf etdirmək bəndi əbəs yerə deyil”.
 
Politoloq növbəti zirvə görüşündə Moskva-Pekin arasında ikitərəfli sazişlərin bağlanmasının gözlənilən olduğunu bildirib:
 
“Enerji, nəqliyyat, informasiya texnologiyaları, turizm və digər intensiv inkişaf edən sahələrlə bağlı yeni prioritetlər müəyyən ediləcək. Hər iki ölkə Şanxay əməkdaşlıq təşkilatının nəbzini müəyyən edən tərəflərdir. Bu strukturdan bir çox ölkələr, o cümlədən Azərbaycan da ümidlidir. Artıq Amerika və Qərbi Avropa iqtisadi zəmində mərkəzi platforma statusunu əldən verirlər. Dünyanın ən nüfuzlu proqnoz mərkəzləri qarşıdan gələn onilliklər ərzində dünya iqtisadiyyatının ürəyinin məhz Şərqdə döyünəcəyini bildirirlər. Əsas istehsal gücləri artıq Şərqdədir və Çin bu prosesdə başlıca rollardan birini öz üzərinə götürüb. Bu baxımdan Rusiya məhz bu proseslərdən geri qalmaq istəmədiyindən Çinlə geniş formatda əlaqələrin qurulmasına can atır”.
 
Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2-3 sentyabr tarixlərində Çinə rəsmi səfəri planlaşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar