Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyasını dəyişən hamilə qadının oğlu da virusa yoluxubmuş


Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişən ananın məktəbyaşlı övladı da qripə yoluxubmuş və günlərlə dərsə gəlməyib


Aqşin Xanəliyevin oxuduğu Xəzər rayonu 136 saylı orta mətkəbin direktoru Yaqut Məmmədova  modern.az-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, 1-ci sinif şagirdi Aqşin qış tətilindən sonra dərsə gəlməyib.

“Sinif müəllimi Yeganə Daşdəmirova ailəsi ilə əlaqə saxlayıb. Ata, rəhmətlik ana, nənə ilə də danışıb. Ana deyib ki, Aqşinin yüksək qızdırması var, təcili yardım gəlib sistem qoyublar.

Fevralın 8-də sinif müəlliməsinə deyiblər ki, uşaq yaxşıdır dərsə gələcək. Sonra bu hadisə oldu, gəlmədi. Amma bizim məktəbdə ciddi nəzarət var, filtr qoyulub və azca qrip olmuş şagird belə poliklinikalara yönəldilir. Sadəcə Aqşin tətil vaxtı qripə yoluxduğu üçün ailəsi onunla məşğul olub”.  

Qeyd edək ki, Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişən ananın qripə yoluxduğu bildirilirdi. Lakin Səhiyyə Nazirliyindəki Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva açıqlamasında qeyd edib ki, hamilədən götürülmüş analizlərdə “donuz qripi” aşkarlanmayıb.

“Anada ağır ağciyər xəstəliyi olub və həkimlər məcburən hamiləliyi tez sonlandırıblar.  

Dünən Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında 1986-cı il təvəllüdlü Elnurə Elman qızı Xanəliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.   

Qripə yoluxmuş 8 aylıq hamilə qadın bir necə gün öncə  Sabunçu xəstəxanasına gətirilib. Həkimlər xəstəni müayinə ediblər və qeysəriyyə  əməliyyatı olunmasını qərara alıblar.  

Qeysəriyyə əməliyyatından sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar