Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşdün könlümə


Azər Qaramanlı: "Düşdün könlümə" , "İtirdim" , "Səni sevmək" , "Hava" , "Biri yoxdu, biri vardı"


PİA.AZ  şeirləri  oxucularına təqdim edir:

Düşdün könlümə

Budağından qopan,
Küləklə sovrulan,
Bir yarpaq kimi
Düşdün könlümə.
Səssizcə durdun…

Sonra 
yenə küləklə sovruldun... 







İtirdim

Dostlarımı 
siyasət bazarında itirdim,
sevgilərimi yollarda
qürurumu
sırtıq və də satqın gecələrin qaranlığında
Daha , nəyisə tapmağa heç ümidim yox.
Daha, itirməyə heç bir şeyim yox.



Geriyə qayıda bilsəm,
bir addım olsa belə
ancaq yox
geriyə baxmaq olar,
irəliyə isə addımlamaq.





Səni sevmək

Səni sevmək o qədər gözəl ki,
anlatamam ki.
Göy üzündən də gözəl
Yaz çölündən də gözəl

Səni sevmək
Anlaşılmaz yuxu kimi
Gözlənilməz bahar kimi
Heç ölməyən xəyal kimi
Bir an kimi…
bir an kimi.

…səni sevmək
ölümün üzünə tüpürmək kimi.

Səni sevmək o qədər gözəl ki…
anlatamam ki....






Hava

Hava kədər rəngində
tutqun boz, buludlar da qap - qara,
bu yaz səhərində.
Bu havada bir ədalı gözələ
tutulmaq belə mümkün deyil

Bu havada
sərxoş olmaq keçir içimdən,
Unudulmaq
buludlarla ağlamamaq üçün
içimdən qəhr olmamaq üçün
unudulmaq keçir içimdən
hava, bu yazı öldürür-deyə

Hava
gözlənilməyən dərd kimi 
üzücü,
çatışmayan nəfəs kimi 
boğucu,
bu havada bir ədalı gözəli 
sevmək belə mümkün deyil.

hava ölüm rəngində.






Biri yoxdu, biri vardı

Biri yoxdu, biri vardı
bir mən vardım,bir də sən
bir də…nağılımız
…və göydən üç alma düşdü.
Nağılımız bitdi.
Hərə öz yoluna getdi
mən, öz yoluma, sən, öz yoluna.

Biri varmış, biri yoxmuş
bir mən vardım, bir də sən yoxdun.
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar