Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşmən təxribatı nəticəsində dağılan evlər bərpa olunur - Fotolar

Aparılan işlərin 2 aya yekunlaşdırılması nəzərdə tutulur


Tapqaraqoyunluda düşmən təxribatı nəticəsində dağılmış evlər bərpa olunur.

Aprelin əvvəlində ermənilərin təxribatı zaman ziyan dəyən bölgələrimizdən biri də Goranboy rayonunun Tapqaraqoyunlu kəndidir. 

Kəpəz TV (Region TV) xəbər verir ki, düşmənin açdığı atəş nəticəsində kənddə 240-a yaxın ev dağılıb. Hazırda bu evlər dövlət vəsaiti hesabına yenidən qurulur.

Tərlan Əhmədova - kənd sakini: “Dövlətimiz uçan evlərə yardım yazıb. Hazırda da evimin üstünü sökürlər. Yüz qohum da, qonşu da olsa öz evini istəyirəm”.

Bu ilin aprelin 2-də ermənilərin səhər saatlarından başlayaraq Goranboy rayonun Tapqaraqoyunlu kəndini mərmilərlə atəşə tutması nəticəsində evlər darmadağın olub.  İlk mərmi də Tərlan Əhmədovanın evinə düşüb. Pəncərədən keçən  mərmi arxa otaqdakı döşəməni dağıdıb.

Yararsız hala düşən darvaza, dam örtüyü, sınıq pəncərələr, uçan hasarlar. Ermənilərin Tapqaraqoyunlu kəndinin sakinlərini atəşə tutması nəticəsində yaranan bu mənzərə qısa zamanda geridə qalacaq. Artıq kənddə yenidənqurma işlərinə başlanılıb.

Seymur Yolçuyev - usta: “Ermənilər dağıdıb. Evin üstünü sökürük. İndi də təmir edirik. Bir həftəyə qurtaracağıq. Bütün materiallar da gəlib, var”.

Zərər görən 237 evdən 14-də əsaslı, 219- da isə cari işlər görülür. Aparılan işlərin 2 aya yekunlaşdırılması nəzərdə tutulur.

Ermənilərin Goranboy rayonun Tapqaraqoyunlu kəndində yaşayan dinc sakinləri mərmilərdən atəşə tutması nəticəsində 4 ev tamamilə dağılıb. Həmin evlərdən biri də Fəxrəddin Mustafayevin evidir.

Faxrəddin Mustafayev- kənd sakini: “Elə bir həftə keçməmiş gəlib binanın layihəsini çəkib, öz bünövrəsinin üstündə sürətlə iş gedir”.

Təmir və yenidənqurma işlərini 15-ə yaxın işçi briqadası həyata keçirir. Briqadalar bütün lazımi inşaat materialları ilə təmin edilib.

Bəbir Namazov - iş icraçısı: “Hamısında da iş gedir. Yəni bir tərəfdən sökülür, bir tərəfdən bərpa olunur. Havaya görə çalışırıq ki, üst hissəni bağlayaq. Sonra daxildə olan suvaq, rəngsaz işlərini rahat görə bilək".

Rayon mərkəzindən 18 km aralıda yerləşən Tapqaraqoyunlu kəndində 640 evdə 3 min sakin yaşayır. Hazırda kənddə olan bütün inzibati idarələr də tam gücü ilə işləyir.

Bura Goranboy rayonun Tapqaraqoyunlu kəndinin mərkəz hissəsidir. Burada həyat öz axarı ilə davam edir. İnsanlar gündəlik işləri ilə məşğul olur. Bu sakitliyi isə aprelin 2-də gedən döyüşlərdə Azərbaycan ordusunun əsgərləri yaradıb.








pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar