Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu


Sentyabrın 23-də Almaniyanın Düsseldorf şəhərinin Robert Şuman Konsert Zalında Müslim Maqomayevin anadan olmasının 75-ci ildönümünə həsr olunmuş mədəniyyət gecəsi keçirilib


Azərbaycanın Almaniyadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Nordrayn Vestfaliya əyalətinin parlamentinin deputatları Filip Taser və İonis Vatalis, Düsseldof Əcnəbilər Şurasının sədri Katarina Kabata, Müslim Maqomayev Fondunun baş direktoru Marqarita Kosareva, Azərbaycan Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski, Rusiyanın Düsseldorfdakı baş konsulunun müavini Valeriy Sidorov qonaq qismində iştirak ediblər.

Gecədə çıxış edən qonaqlar Müslim Maqomayevin həyatı və yaradıcılığı haqqında söhbət açıb, ürək sözlərini bölüşüblər.

Konsertdə “Xəzər virtuozları” kamera orkestrinin müşayiəti ilə opera solistləri İlham Nəzərov, Dəmir və Tatyana Zakirovların ifalarında dünya korifeylərinin əsərlərindən və Müslim Maqomayevin repertuarından mahnılar səslənib. Çexiyada yaşayan şair Lalə Cəfərova isə Müslim Maqomayevin xatirəsinə həsr etdiyi şeiri oxuyub.

Konsertin sonunda Müslim Maqomayev Fondunun prezidenti, mərhum müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək təşkilatçılara, ifaçılara və qonaqlara öz təşəkkürünü və dərin minnətdarlığını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar