Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Duyğularını təmizlə...


Şəhriyar Qasımov yazır


Bir zamanlar bilirsən necə dönəmlərim idi? Hansısa qərar verirdim və ya nələrsə baş verirdi. Hər hadisə, hər insan, hər yaşadıqlarımla müəyyən yol qət edirdim və sonra yenidən başa dönürdüm. Hər başlayanın bitməsi və əsas da yenidən başa dönməyin məni çox yorduğunu anlayırdım. Yəni, artıq insan neçə dəfə eyni şeyi başdan yaşasın? Dejavunun anasını ağladırdım hər dəfə. Sonra araşdırmağa başladım, necə olur ki, insan həyatına bu cür davam edir. Və beləcə Michael Brown-nin bir yazısına rastladım...

Keçmişdə özünü ifadə etməmiş, edə bilməmiş, yetişdirə bilməmiş, təmizlənməmiş enerjilər, yaralar, zədələr, travmalar qarşımıza çıxan hər şəxsiyyət vasitəsi ilə həyatımıza daxil olur. Qarşımıza çıxan şəxslərə veriyimiz hər reaksiya bizdə təmizlənməmiş enerji və ya enerjilərin olduğunu göstərir. Bu halı uşaqlığımızdan öyrənirik və uşaqlıqdan gələn bir haldır. Yaxşı və ya pis hər uşaq bir yara, travma və ya həyatında özünün nəticə çıxartması gərəkən bir nəticə alır. Əhatəmizdəki insanlar hər zaman eyni şeylər edirlər, reaksiya göstərirlər, günahlandırırlar. Başımıza gələn hər şeydən nəticə çıxartmağı öyrəndiyimiz və başımıza gələn hər bir hadisənin öz cavabdehliyimizi qəbul etdiyimiz zaman baş verdiyini anladığımızda reaksiya göstərmə halı tamamən ortadan qalxar.

Reaksiya göstərmək atəşə benzin tökmək kimidir. Cavabdehlik almaq isə atəşə su tökmək kimidir.  Reaksiya göstərməklə enerjini boşuna istifadə etmiş olursan. Bizi üzən hər hadisə, hər vəziyyət əslində bizə hazırlanan bir imtahan testidir. Reaksiya verməyin ingilis dilində anlamı “reaction- reaksiya yəni, “təkrar aksiya” deməkdir. Verdiyimiz reaksiya yeni deyildir. Köhnənin təkrarı gerçəkləşir, karma, bumeranq və ya yenidən hər şeyin başa dönməsi halı yaşanır. Biz fərqində olana və bunu başa düşənə qədər bənzər şeylər, eyni vəziyyətlər təkrarlanır və hər dəfə reaksiyanı təmizləmək istədikdə şans veririk. Bu, ailəmizdən, uşaqlığımızdan, əhatəmizdən öyrəndiyimiz və ya beynimizə yeridilmiş bir inanc sistemidir və beynimizin hər hücrəsinə kodlanıb.

“Reaksiya”dan sonrakı 2-ci mərhələ “günahlandırmaq” sayılır. İngilis dilində “blame” deməkdir. “Be Lame” kəlimə mənası “şikəst olmaq` deməkdir. Günahlandıraraq diqqətimizi özümüzdən uzaqlaşdırırıq və başqalarına istiqamətləndiririk. Özümüzü yazıq, bədbəxt, şikəst vəziyyətinə salırıq. Həyatımıza düşən vəzifəni, cavabdehliyi almadığımız müddətcə bu vəziyyət hər zaman belə də davam edəcək. Günahlandırmaq – içimizdə olanların əksidir. Və bu vəziyyətin təbii ki, nəticələri olacaq. Qarşımızdakını günahlandıraraq özümüzü qurban roluna salırıq və gücümüzü həm inkar etmiş, həm də başqasına təslim etmiş oluruq.
etmiş oluruq.

Növbəti mərhələ isə - Günahkar hiss etmək, utanmaq və peşmanlıqdır. Birini günahlandırdığımız zaman şüursuz bir şəkildə özümüzü də suçlu kimi tanıdırıq. Başqalarını günahlandıraraq özümüzə də xəyanət etmiş olarıq. Çünki başqalarını günahlandırdığımız zaman ruhumuzun gücünü görməməzlikdən gəlirik. Yəni, olanları ruhumuzun kontrolundan kənar olmuş kimi qəbul edərik. Bu şəkildə “nə üçün”, “səbəbi nədir?” qanunlarını da görmərik. Reaksiyalı davranışlar heç bir zaman bizə xidmət etməzlər. Duyğusal olaraq hüceyrələrimizə işləmiş olan bu davranışlar öyrənildiyinin əksinə öyrənilməmiş hala gələ bilər, təmizlənə bilər. Özümüzə güvənməliyik və özümüzdən əmin olmalıyıq. Həyatımızda olan hər şey kainatın bizə oynadığı oyunlardır. Həyatımızda tərs gedən, bizi əsəbləşdirən nə varsa, kainat bizə şüurlu bir şəkildə təqdim edir. Yəni deməyim odur ki, qarşımıza hər çıxan, bizim dəngəmizi pozan, nə bilim bizə tərs düşən, bizim dilimizdən desək, “harada giclər var, gəlim məni tapır” məsəli kimi, hər kəs və hər şey bizə göndərilən bir “mesaj”dır. Onlar keçmişimizlə və ya yaşadıqlarımızla üzləşməyimiz, xətaların təmizlənməsi və bütünləşməyimiz üçündür. Buna görə “mesaj gətirənlərə” saldırmaq nəticə verməyəcək. Çünki hər zaman kainatın limitsiz “mesaj gətirənləri” var. Saldırdığınız olmasa da, yenə başqası və ya başqa hadisə fərqli bir mövzuda və ya başqa bir sifətlə hadisə fərqli bir mövzuda və ya başqa bir sifətlə qarşımıza çıxacaq. Burada etməyimiz gərəkən ilk şey “mesaj gətirəni” kənarlaşdırmaq və onu unutmaqdır.

Onlara verdikləri xidmət üçün TƏŞƏKKÜR etməkdir. Reaksiya verməkdənsə, öz içimizi təmizləməklə məşğul olmalıyıq. İnanın ki, bu tərz davranış daha çox cəsarət istəyir. Fiziksəl, duyğusal və zehinsəl dramanın içinə girmədən hansı hissin təmizlənməsi gərəkirsə, onu təmizləməyimiz ən doğrusudur. Təbii ki, bunun üçün sevgi və səbir lazımdır.

Digər mərhələ isə hissləri heç basırmadan onları kəşf etməyimizdir. Hisslərimizi yox saymaq, üzülmək, bağışlamamaq hisslərimizi basdırmaqdır. Həyatın mənə öyrətdiyi ən mükəmməl dərs budur ki, kim olursa olsun, onu bağışlamaqdır. Çünki bağışladıqca içimizdə basdırılmış hər şey uçub gedir, yeniyə və daha möhtəşəmə yer açılır. Bağışlamamaq, hissləri yox saymaq - bizi incidən hər şeyin nə zamana yenidən başımıza gəlməsinə şərait yaradır. Düşünün ki, 50 yaşa çatmısan və yenə eyni şeylər, fərqli bədbəxtlikləri yaşayırsınız. Ən yaxşısı hər hadisəyə görə şükür və təşəkkür etməkdir. Siz bunları etdikcə, Rəbbim qarşınıza daha düzgün və daha gözəl şeyləri çıxarar, hər şey daha yaxşı olar. Öz dəyərimizin fərqinə vararaq, özümüzü sevək və daxilimizdəki, xaricimizdəki bağışlanması gərəkənləri bağışlayaq və çıxıb getmələrinə icazə verək ki, möhtəşəm olan hər şeyə, hər insana həyatımıza girmələri üçün yer açaq.

Öz gerçəyinizi görün və boş şeyləri, sizi incidən, üzən insanları həqiqətən boş verin, təşəkkür edin, bağışlayın və yeni olan hər şeyə və möhtəşəm günlərinizə addım atmağa başlayın.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar