Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev və xanımı sərgidə - Fotolar



Aprelin 17-də Milli İncəsənət Muzeyində tanınmış rəssam, heykəltəraş, arxitektor Tamara Kvesitadzenin fərdi sərgisi açılıb


Sərgi “Kukla” Art-qalereyası, Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub. 

Sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və xanımı da iştirak edib.

Ə.Qarayev qonaqları salamlayaraq qeyd edib ki, gürcü rəssamın ilk fərdi sərgisi “Kukla” Art-qalereyasının ikiilliyinə həsr olunub:

“Onun əsərlərində kinetik heykəllər xüsusi maraq doğurur. Sənətkarın Qurban Səidin məşhur romanının qəhrəmanları şərəfinə “Əli və Nino” adlandırılmış heykəli iki ölkə arasında dostluq və məhəbbət rəmzinə çevrilib”.

Tamara Kvesitadze isə Bakını çox sevdiyini bildirib:

“Mən ilk dəfə Bakını görərkən başa düşdüm ki, buraya yenə qayıdacağam. Bakı ideyalarımı təcəssüm etdirmək üçün çox gözəl yerdir. Mən məhz Bakı üçün həm akvarel, həm heykəltəraşlıq əsərləri, həm də kiçik heykəllərdən ibarət qarışıq sərgi hazırlamışam. İstəyirəm ki, bu sərgi mənim dostlarıma salamım olsun”.

Sərgidə sənətkarın yeni işləri təqdim edilib. Onlardan bəziləri məxsusi “Kukla” qalereyası üçün hazırlanıb: “Qadın və Mələk”, “Oxatan”, “Qırmızı və mavi”, “Balerina” və sair. Sərgi aprelin 30-dək nümayiş olunacaq. (azvision.az)

pia.az









Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar