Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əcnəbi diplomatlar Heydər Əliyev mərkəzində - Foto


İsveçrədə və Lixtenşteyndə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərlərindən ibarət nümayəndə heyəti mayın 2-də Heydər Əliyev Mərkəzi ilə tanış olub


Qonaqlar dünya memarlıq inciləri sırasında olan və Bakının müasir simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin binası, onun arxitektura özəllikləri barədə məlumatlandırılıblar.

Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ilə tanışlıq nümayəndə heyətində xüsusi maraq doğurub. Qeyd edilib ki, Heydər Əliyev Muzeyi təşkil olunarkən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey həm də Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyət kəsb edir.

Sonra nümayəndə heyəti Mərkəzdə Azərbaycanın tarixinə və mədəni irsinə dair eksponatların nümayiş olunduğu “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan” sərgilərinə baxıblar.

Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzi ilə tanışlığın onlarda dərin təəssüratlar yaratdığını bildiriblər. (azərtac)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar