Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədliyyə orqanları işçilərinin attestasiyası qaydası müəyyənləşdi

Nazirlər Kabineti "Ədliyyə orqanları işçilərinin attestasiyası Qaydası"nı təsdiq edib


PİA.AZ APA-ya istinadən xəbər verir ki, Qaydaya əsasən attestasiyanın keçirilməsinin əsas məqsədləri işçinin tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, işçinin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması, işçinin ixtisasının və peşə hazırlığının yüksəldilməsinin və ya təkrar hazırlıq keçməsinin zərurət dərəcəsinin müəyyənləşdirilməs və kadrların irəli çəkilməsi proqramının həyata keçirilməsidir.
 
Yalnız müvafiq vəzifələrdə azı 1 il çalışan işçinin attestasiyası keçirilə bilər. İşçinin attestasiyası 5 ildə bir dəfədən çox olmayaraq keçirilir.İlk dəfə daimi qulluğa qəbul edilən işçinin attestasiyası bu Qaydanın tələbləri nəzərə alınmaqla keçirilir. Ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan və dövlət qulluqçusu olmayan işçilərin attestasiyası əmək qanunvericiliyi ilə tənzimlənir. Ədliyyə Nazirliyinin  tibb xidmətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər.
 
Aşağıdakı işçilərin attestasiyası keçirilmir:
 
-  müvafiq vəzifədə bir ildən az qulluq keçən işçilər;
- stajorluq müddətində olan işçilər;
-  uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan işçilər;
- eyni vəzifədə azı üç dəfə attestasiya edilərək, tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər.
 
İşçilərin attestasiyasının keçirilməsi məqsədi ilə nazirlikdə və müvafiq struktur qurumlarında azı 5 nəfərdən ibarət attestasiya komissiyaları yaradılır. Attestasiya komissiyalarının tərkibi sədrdən, katibdən və digər üzvlərdən ibarət olmaqla, ədliyyə naziri tərəfindən təsdiq edilir. Attestasiya kollegial, obyektiv surətdə keçirilir. Attestasiya komissiyasının işinə yüksəkixtisaslı mütəxəssislər və elmi ekspertlər cəlb edilə bilərlər. Əmək Məcəlləsinə uyğun olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, nazirliyin korrupsiya ilə əlaqədar məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. Attestasiyadan keçməli olan hər bir işçiyə attestasiyanın başlanılmasına ən azı 2 həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin işçi ona verilən xasiyyətnamə ilə tanış olmalıdır. Xasiyyətnamədə işçinin xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya əvvəlki attestasiyanın attestasiya vərəqəsi də təqdim edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə, ixtisasına, icra etdiyi işlərə və onların nəticələrinə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericiliklə müəyyən edilmiş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçiyə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
 
İşçi attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən işçinin fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.. İşçi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Həmin işçi attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməlidir. İşçi üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, həmin işçi barədə intizam tənbehi tədbirləri tətbiq edilə bilər.
 
İşçinin attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:
 
- tutduğu vəzifəyə uyğun gəlir;
- işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;
-tutduğu vəzifəyə uyğun gəlmir.
 
 Sınaq müddəti bitmiş daimi qulluğa qəbul məsələsinə baxılan işçilərlə bağlı attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:
- daimi qulluğa qəbul edilə bilər;
- daimi qulluğa qəbul edilə bilməz.
Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında işçinin mükafatlandırılması, vəzifədə irəli çəkilməsi və ya irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, əlavə təhsilə cəlb olunması, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı və ya başqa vəzifəyə keçirilməsi, yaxud tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyası irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır. İşçinin fəaliyyətinə verilən qiymət və attestasiya komissiyasının tövsiyələri attestasiyadan keçən işçinin iştirakı olmadan komissiyanın iclasında açıq səsvermə yolu ilə qəbul edilir.
 
İşçi attestasiyanın nəticələrindən 7 iş günü müddətində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar