Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Efirdəki ailə-məişət müzakirələri


Hələ ta uşaqlıqdan biz Azərbaycanı başqa cür görmüşdük


İndi isə tamam başqa, bir çox dəyərlərin itdiyi, bir çoxununsa bir-birinə qarışdığı Azərbaycanda yaşayırıq. Azərbaycanda hər zaman ailə mühafizəkarlığı olub, ailə sirləri az qala hərbi sirr kimi qorunub, heç kim başqalarının onun ailə məsələlərinə qarışmasına, müdaxilə etməsinə imkan verməyib. Hamı çalışıb ki, evində olan söz-söhbət, mübahisə evdən kənara çıxmasın. Hətta buna aid çoxlu məsəllər də var. Məsələn, “Ev bizim, sirr bizim”, “Evin sirrini şölə çıxarmazlar” və s. Amma indi nə baş verir? Evdə atası, anası, oğlu, qızı, gəlini, qohumu ilə mübahisə edən dərhal qaçır telekanalların bayağı verilişlərinə.

Mən hər hansı məişət zorakılığının tərəfdarı deyiləm və belə hallara yol verən şəxslərin də cəzasız qalmasını istəmirəm. Ancaq ailə-məişət məsələlərinin telekanallardakı verilişlərə çıxarıb səviyyəsiz şəkildə kimlərinsə müzakirəsinə verilməsi rüsvayçılıqdır. Həm də Azərbaycanda yüz illərdən bəri qorunub saxlanan ailə mühafizəkarlığının, ailə mədəniyyətinin dağıdılmasıdır. Telekanallar və onların ayrı-ayrı verilişlərinin aparıcıları bu rüsvayçılıqdan, insanların faciələrindən istifadə edərək şou düzəldirlər. Aparıcıların özləri və onların guya ekspert qismində verilişlərə çağırdıqları şəxslər canlı efirdən bir başa hansısa insanları ittiham, təhqir edirlər, özlərindən razı şəkildə onların barəsində aşağılayıcı fikirlər səsləndirirlər. Efiri isə hay-həşir, ağlaşma bürüyür.  Elə bilirsən ki, hansısa bir yas mərasimindən canlı yayım verirlər. Ailə-məişət məsələlərinin efirə daşınması nəticəsində hansısa bir yaramazın tutaq ki, bir pis əməlinə görə bir nəsil-kökün üzərində ömürlük ləkə, damğa qalır. Axı hansısa aparıcı kimdir ki, sənin ailə məsələlərini həll eləsin. Tutaq ki, aralarında problem olan ana ilə qızı niyə hansısa aparıcı barışdırmalıdır. Yaxud da ata ilə oğulu, gəlinlə qaynananı.

İnanmıram ki, bu cür verilişlərlə kimlərinsə ciddi problemi həll olunsun. Sadəcə bir çox insanlar özlərini, ailələrini, bəzən hətta bir eli biabır eləyirlər. Ara-sıra gözümüz bu cür verilişlərə sataşanda, yaxud jurnalist marağı ilə bəzi məqamları izləməyə məcbur olanda bəlli olur ki, bu cür verilişlərə daha çox təhsilsiz və yaşlı adamlar çıxır. Aparıçılar isə bundan istifadə edərək verilişlərinin reytinqini artırmağa çalışırlar.
İnsanların ailə məsələlərini efirə çıxarması və onun ətrafında ittihamlarla dolu müzakirələr aparılması nəinki hər hansı problemi həll edir, əksinə, vəziyyəti bir az da ağırlaşdırır. Bu, Azərbaycan həbsxanalarındakı bir çox cinayətkarların islah olunmaq əvəzinə, ordan daha qatı cinayətkar kimi çıxmasına bənzəyir.

Bu yazıda qətiyyən hər hansı bir qərəz, kimlərisə aşağılamaq niyyəti yoxdur. Buna görə də, tənqidlə yanaşı həmin verilişlərdəki bir sıra müsbət məqamlara da toxunmaq lazımdı. Müxtəlif vaxtlarda bu verilişlərdəki şoularla yanaşı xəstə, imkansız, evsiz, köməksiz insanlara yardım göstərilməsi üçün marafonlar keçirilir. İnsafən bu cür marafonlar əksər hallarda uğurlu alınır. Ən müxtəlif təbəqədən olan insanlarımız köməksiz, müalicəyə ehtiyacı olan adamlara öz imkanları səviyyəsində yardımlar edirlər.

Hansısa insanların ailə-məişət məsələlərini efirə çıxarıb şou yaratmağa çalışmaqdansa, elə tam olaraq bu cür format seçmək daha doğru və xeyirli olar. Həm bütövlükdə cəmiyyət, həm də ayrı-ayrı fərdlər üçün 

Zabil MÜQABİLOĞLU


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Arif Məmmədov kimdən tövsiyə alır - Üstüörtülü açıqlamanın açıq sualları

Ən çox oxunanalar