Əfqanıstan xüsusi təyinatlı qüvvələri Hilmend əyalətində "Taliban" radikal hərəkatının nəzarəti altında olan həbsxanadan 30 nəfəri azad edib
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, əməliyyat baza günü səhər saatlarında keçirilib. Azad olunanlar arasında yaşı 12-dən aşağı olan 4 uşağın olduğu bildirilir.
Məlumata əsasən, "həbsxanaya" düşən yerli sakinlər hakimiyyətə və polislərə kömək göstərdiklərinə görə "Taliban" tərəfindən saxlanılıblar.
pia.az