Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstanın yanındayıq


Əfqanıstandan Bakıya dünən hörmətli qonaq təşrif buyurmuşdu


Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar yoldaş. Onu analoqu olmayan respublikamızın ali rəhbərliyi səviyyəsində qəbul edərkən maraqlı, ikibaşlı bir cümlə söylənmişdir: “Azərbaycan daim Əfqanıstanın yanında olacaqdır”. Əslində o görüş mənim diqqətimi elə bircə bu cümləyə görə çəkdi, yoxsa başqa nəyimə lazımdır? 

Müdafiə nazirimiz Zakir Həsənovun İspaniya kralı 4-cü Felipe ilə görüşü Qarabağ münaqişəsinin xeyrimizə həlli istiqamətində daha böyük maraq doğururdu, ola bilsin biz ordan qızmış öküzlər alıb gətirib düşmənin canına buraxardıq? Ermənilər oxuyur deyə çox şeyi yazmaq da olmur. Alçaqların üzündən qəzet yazmaq da çətinləşibdir, gərək hər sözü min dəfə ölçüb-biçəsən. Nəticədə Azərbaycanın adı bədnam olur, deyirlər guya avtoritar dövlətdir. Halbuki avtoritet dövlətdir. Ətraf aləmdə hər kəs bizim dediyimizlə durub-oturur. Oturub qalxa bilməyən vətəndaşlarımız da var, ancaq əsas odur vətən sağ olsun. 

Nə isə. Əfqanlardan danışırdıq. Söhbət ondadır ki, Azərbaycan bu gedişlə doğrudan da daima Əfqanıstanın yanında olacaqdır, heç Almaniyanın, İsveçrənin, Norveçin, lap belə Gürcüstanın-filanın da böyründə olmayacaqdır. Coğrafi baxımdan Avropaya yaxın olmaqla deyil, siyasi və mənəvi baxımdan biz Əfqanıstanın yanındayıq, ildən-ilə daha da yaxınlaşırıq. Misal üçün, artıq xəbər lentlərimizdə “Filankəsin qulağını kəsdilər”, “Axundu şantaj elədilər”, “İmamı döydülər”, “Azyaşlını zorladılar”, “Hicaba görə məktəbə getmir” və sairə tipli informasiyalar intensivləşir. 

Elə bu əfqan yoldaşın adını görəndə uşağın sinfi yadıma düşdü. Təsəvvür edin, birinci sinifdə 5 Məhəmməd, 2 Yusif, 2 Əli, 2 Hüseyn var. Qalanları da Məryəm, Fatimə, Zəhra, Ayşə, Əlislam adlı uşaqlardır. Bizim uşağın da soyadı Hacı. Sinif yox, sanarsan mədrəsədir. Yuxarı sinifdə oxuyan uşağın müəllimi isə deyirmiş asqıranda “sağlam ol” deməyin bir-birinizə, “bismillah” deyin. Əsl əfqan məktəbidir. Hələ arada uşaqları yığıb Kalaşnikov tüfəngini və puştu dilini öyrətsələr daha yaxşı olardı. Gələcəkdə işləri asanlaşardı. (Ancaq Ədliyyə Nazirliyi dini adların uşaqlara qoyulması statistikasında son 5 ildə ilk dəfə keçən il azalma olduğunu açıqlamaqla bizi bir qədər məyus elədi. Belə çıxır devalvasiya olanda millət dinsizləşirmiş. Neft pulu çox gələndə isə Allaha şükür edirmiş. Maraqlı sosioloji nəticədir, bunu tapdığım üçün ümid edirəm AMEA ayın axırına piştaxtada qalmış bir elmlər namizədi adından-zaddan aşağı qiymətə verər).  

Respublikamızın daim Əfqanıstanın yanında olan bir respublika kimi tanınması qəlbimizi fərəhlə doldurur, ancaq diplomatik korpus bu yöndə çox zəif fəaliyyət göstərir. Örnək üçün, bir-iki həftə qabaq Azərbaycanın ABŞ-dakı səfirliyi belə xəbər yaymışdı: “Mayın 7-də səfirliyin qapıları açıldı, 3 minə yaxın amerikalı Azərbaycan həqiqətləri ilə tanış oldu. Plov bişirildi, milli ”Nəlbəki", “Üzüm” rəqslərimiz alqışlarla qarşılandı. “Qız qalası”nın maketi önündə hamı şəkil çəkdirdi". Məncə, bunlar respublikamızın təbliğatı üçün çox azdır. Qız qalasının özünü söküb aparıb Vaşinqtonda qurmaq olmazdımı? Onsuz çox köhnəlmişdir, Bakımıza elə də yaraşmır. Plov ilə təbliğat da yetərincə arxaikdir. Əvəzində bir-birinin ətini yeyən azərbaycanlıların sərgisini düzəltmək daha fundamental olardı. 

Əfqanıstanın iki imperiya - BritaniyaRusiya imperiyaları arasında bufer dövlət kimi yaradılması tarixini yada salsaq, bu baxımdan da ölkələrimiz oxşardır. ADR yaradılanda cənubda elə ingilislər idi. Ancaq bunlar - tarixi söhbətlər bizi düşündürməsin. 

Gələcəyə baxmalıyıq. SOCAR-ın təzə, çoxqatlı, yüz milyonlara başa gələn ofisinin yuxarısından o gələcək daha parlaq görünür. Ərəb səhralarından gələn toz buludları imkan versə... Bəlkə biz SOCAR-ın ofisinin qıraqlarına hasar çəkək, uçuq-sökük yerlər görünməsin?

Zamin HACI(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar