Amerika Milli Basketbol Liqasının (NBA) əfsanələrindən olan Şakil Onil səfir təyin olunub
Şak ABŞ Xarici İşlər Nazirliyinin idman səfiri kimi Kubaya səfər edəcək.
25-28 iyun tarixləri arasında Kubaya yollanacaq "div adam" burada bir sıra vacib görüşlər keçirəcək.
Qeyd edək ki, NBA-da 19 mövsüm çıxış edən Onil 15 dəfə "All Star"a seçilib, 4 dəfə də çempionluq yaşayıb. (apasport.az)
pia.az