Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhəd Ağayev Çingiz Abdullayevə qarşı


Daşkəsəndə yazıçı Çingiz Abdullayevin kitablarının satışı qeyri-rəsmi qadağan olunub


Rayon icra başçısı Əhəd Abıyev yazıçının əsərlərinin satışını onun “Neftçi” prezidenti seçilməsinə etiraz olaraq bu gündən yasaqlayıb. 

Axar.az-ın çox mühüm qaynaqdan əldə etdiyi məlumata görə, Daşkəsəndə fəaliyyət göstərən kitab mağazalarında Ç.Abdullayevin romanları yığışdırılıb. İcra başçısının bu addımı atmasına səbəb onun “Xəzər-Lənkəran” azarkeşi olmasıdır.
 
Masallıda anadan olan icra başçısı cənub klubunun fanatıdır və ona dəstək verir. Lənkəran komandasının maliyyəçisi Mübariz Mənsimovun da Masallıdan olması Ə.Abıyevin klubun əzəli rəqibi “Neftçi”yə antipatiyası ilə müşahidə olunur.
 
Ç.Abdullayevin “Neftçi”yə rəhbər gətirilməsinə də ilk etiraz məhz Daşkəsəndən başlayıb və kitabları “samizdat” elan olunub.
 
Xatırladaq ki, yazıçı prezident seçilməsini belə şərh edib: “Bu təklifi eşidən kimi razılıq verdim. Son iki gündə bu barədə çox oxudum. Mən futbolu çox sevirəm. Biz hüquq fakültəsində oxuyanda – 1976-cı ildə böyük komanda yaratmışdıq. Hətta həmin vaxt "Neftçi"ni də məğlub etmişdik. O vaxt başa düşürdüm ki, məndən güclü oynayanlar var. İndi görürəm ki, mənim bu təyinatımı tənqid edənlər var. "Yazıçının futbolda nə işi var?" deyənlər var. Amma mən futbolu bilirəm. Ona da söz verirəm ki, meydana çıxmayacam”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar