Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Oruc bəzi AXCP-çilərə “şarikovlar” dedi...


“Azadlıq” partiyasının sədri Əhməd Oruc aktual bir mövzu barədə məqalə yazıb


Həmin yazını təqdim edir. 

“İçdiyi çaxırın pulunu ” vermədən şuluq salıb aradan çıxmaq...

İkram İsrafilin oğlunun toyunda çəkilmiş bir şəklin bir qisim Şarikovlar tərəfindən bu cür qılıncla qarşılanacağı gözlənilən deyildi. 
Açığı, bir sıra məqalə və müsahibələrimdə AXCP-nin demokratik düşərgədə dağıdıcı bir mövqedən çıxış etdiyini, bu yolun səhv olduğunu və tezliklə bu mövqedən çəkinəcəyinə inandığımı bildirmişdim. Amma bu müxalifət daxili barışmaz mövqenin AXCP tərəfindən düşmənçilik, qisasçılıq mövqelərinə qədər irəliləyəcəyini gözləmirdim. Bir müddət əvvəl Milli Şuranın mitinqində baş verənlər- mitinqdə iştirak edən, 25 illik mübarizə yoldaşları, milli hökumət dönəmində ölkənin prezidenti səlahiyyətlərini icra etmiş Milli Məclisin sədrinin, eləcə də baş nazirin adının belə çəkilməməsi, onlara söz haqqının tanınmaması baş verdi. Dünyanın istənilən ölkəsində bu cür vəzifələr daşımış şəxslərin adları iştirak etdikləri bütün tədbirlərdə anons edilir, onlara söz verilir, hörmət göstərilir, bunlar isə... Bu gün AXCP milli hərəkatdan gələn partiyalardan tamamilə uzaq düşüb, onlara qarşı kin-küdurət toxumu səpməyə girişib. 



İndi isə eks -  millət vəkili İkram İsrafilin oğlunun toyuna millət vəkillərini (o cümlədən YAP-dan olanları) dəvət etməsini “milli xəyanət” səviyyəsinə qaldırıblar. Bu işin başında Əli Kərimlinin 1 –ci  müavini və mətbuat xidmətinin rəhbəri, yəni dolayısı ilə Əli bəyin özü durur. Açığı, ictimai aktiv kəsimə daxil olan insanların xeyir-şər işlərində həmişə hakimiyyətin də, müxalif kəsimin də, “konstruktiv” müxalifətin də nümayəndələri iştirak edir. Mənim zənnimcə, bu bir millət kimi formalaşmaq istiqamətində bizim əldə etdiyimiz çox az nailiyyətlərdən biridir. Yəni biz bir millətin nümayəndələri olaraq milli adət və ənənələrimizi, milli kimliyimizi ən azı, bu məsələlərdə siyasi kimliyimizdən yuxarı qaldıra bilmişik.
Maraqlıdır ki, bu gün Milli Şurada hakimiyyətdən qovulmuşlarla, bir mandata görə siyasi əqidəsindən dönənlərlə, deputat olmaq üçün yaxın tariximizi hakimiyyətdəkilərin sifarişi ilə saxtalaşdıranlarla, Azərbaycana düşmən olan ölkələrin agenturaları ilə bir yerdə oturmağı özlərinə rəva görənlər bütün bu fəaliyyətlərdən sonra cəmiyyətdə kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdimək cəhdində bulunurlar. 26 il bir düşərgədə təmsil olunduqları, dəfələrlə həbsdə olmuş, hər cür məhrumiyyətlərə düçar olmuş dünənki müttəfiqlərinə şər və böhtan atmağı özlərinə rəva görürlər. Maraqlı məqamlardan biri bundan ibarətdir ki, ölkədəki digər müxalifət partiyalarına, hakimiyyət nümayəndələrinə, onların bir araya gəlməsinə bu cür barışmaz, düşmənçilik mövqelərindən çıxış edənlər Azərbaycana qarşı həqiqi düşmən mövqelərdən çıxış edən ermənilərə qarşı bu cür aqressiv deyillər, son illər ərzində ermənilərin, onların havadarlarının xoşuna gəlməyəcək bir cümlə belə işlətməyiblər, tarixin müəyyən məqamlarında onlardan pay-püş də alıblar. Birmənalı şəkildə ermənilərin xeyrinə olan “xalq diplomatiyası” maskası altında fəaliyyət göstərənləri müdafiə edirlər. 
Mən bu hakimiyyətlə müxalifət arasında sivil ölkələrə xas münasibətlərin, əməkdaşlığın olacağına inanmıram. Ona görə yox ki, bu əməkdaşlıq lazım deyil; xeyr, lazımdır, amma bu hakimiyyətdə hələlik əməkdaşlıq təfəkkürü, milli maraqların üstün tutulması şüuru yoxdur. 
Amma olan-qalan münasibətlərin pozulmasının, düşmənçiliyin, barışmazlığın qəti əleyhinəyəm. Hakimiyyət və müxalifəti düşmənçilik mövqelərinə keçən ölkələrin hansı bəlaların girdabında olduğu göz önündədir. Bu cəmiyyətin milli maraqları birmənalı şəkildə barış, əməkdaşlıq tələb edir. Cəmiyyətdə barış, əməkdaşlıq, ədalət, milli bərabərlik, qarşılıqlı inam olmayacağı halda biz heç bir problemi həll edə bilmərik, əksinə bu düşmənçilik bir millət olaraq bizi daha da gücdən sala və daha çətin duruma sürükləyə bilər. Ona görə də bizi bir araya gətirə bilən, barışmazlıqları ortadan götürən dəyərli ziyalılarımızın, o cümlədən İkram İsrafilin qiymətini bilməliyik. 

Hesab etmirəm ki, bu cür kəskin qarşıdurmaya yönəlik siyasət cəmiyyət tərəfindən ciddi dəstək görə bilər və bu siyasəti aparanlar özləri də bunu bilməmiş deyil. 

Zənnimcə Milli Şuranı bu cür uğursuz bir mövqeyə sürükləyən iki səbəb var. Birincisi odur ki, Milli Şura kiməsə göstərməyə çalışır ki, bəs cəmiyyətdə onlardan başqa barışmaz mövqedə olan heç bir qüvvə yoxdur. Bəlkə də belə bir qarşıdurma üçün kiminsə sifarişi var və bunlar da obrazlı şəkildə desək, “içdiyi çaxırın pulunu ” vermədən şuluq salıb aradan çıxmaq istəyirlər. 

Bu isteriyanın ikinci, bəlkə əsas səbəbi hakimiyyətlə digər müxalif qüvvələrin bir araya gəlməsi ehtimalıdır. Necə deyərlər, “xain xoflu olar”. Bəylər İkram İsrafilin oğlunun toyuna YAP nümayəndəsinin gəlməsini bu əməkdaşlığın başlanğıcı hesab ediblər, özlərinin kənarda qalacaqlarından üşürgələniblər, qarabasmalar olub və bütün silahlardan görüş yerini atəşə tutublar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar