Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Vəliyevin kadrı Qazaxda ünvanlı sosial yardımları «özəlləşdirib»


Qazaxda sosial yardımlar kasıblar üçün deyil


Rayon sakinlərindən bir qismi sosial yardım almaq məqsədilə ƏSMM-nə müraciət etdikləri zaman, irəli sürülən bəzi tələblərlə, yəni plastik kartların ilk altı ay müddətində mərkəz rəhbərliyinin istifadəsində saxlanılması şərtilə razılaşmaqdan imtina edirlər. 

Nəticədə isə, tərəflər arasında yaranan münaqişələr bəzən hətta əlbəyaxa dava ilə də sonlanır.

Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş alıb gedən özbaşnalıqlar, vətəndaşların hüquqlarının kobudcasına pozulması hallar artıq sərhəd tanımır.  Redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, Qazax ƏSMM bu gün də aztəminatlı vətəndaşların problemlərinə biganəliyi ilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Mənbələr bildirirlər ki, qeyri-qanuni olaraq ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla korrupsiya sövdələşməsinə girməsi və bu əsasda dövlət vəsaitlərinin mənimsənilməsi halları davamlı şəkildə Yasin Mürsəlov tərəfindən həyata keçirilir. 

AZMedia.info-ya daxil olan məlumatlara görə bir müddət bundan əvvəl Qazax ƏSMM-də müfəttiş kimi çalışan Yasin müəllimin əslində bu sahədə yetərincə iş təcrübəsi belə yoxdur. Bununla belə Qazax rayonundan Milli Məclisin deputatı, “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevlə qohumluq əlaqələri bütün bu çatışmayan cəhətlərin ört-basdır olunmasına kifayət edir. Elə nazir Səlim Müslümovdan Yasin Mürsəlovun təyinatı barədə xahişi də Əhməd Vəliyev özü etdiyi bildirilir. 

Daxil olan məlumatda göstərilir ki, sosial yardım almaq üçün ovətəndaşlardan digər sənədlərlə yanaşı “Kapitalbank”ın Gəncə filialından arayış da tələb edirlər. Halbuki, həmin bankın Qazax rayonunda da filialı vardır. Lakin, nədənsə bu filialın arayışı Qazax ƏSMM-də keçərli deyil. 

Ümumiyyətlə isə, aldığımız digər məlumatlarda da təsdiq olunur ki, son bir il ərzində isə Yasin Mürsəlovun rəhbərlik etdiyi bu mərkəzdə korrupsiya halları artıq kütləvi xarakter alıb. ƏSMM-nin işlərini isə elə əvvəlki qayda-qanunlara riayət olunmaqla, direktorun müavini Elxan Vəkilov aparır. Buna görə də daxil olan şikayət məktublarında Qazax sakinləri eynilə ƏSMM-nin keçmiş rəhbərliyi dövründəki yaramazlıqlardan şikayətçidirlər. Yasin Mürsəlovun bu vəzifəyə gətirilməsi Mərkəzin fəaliyyətində heç bir müsbət dəyişiklikliyə səbəb olmayıb. Bu gün də Qazaxda müxtəlif maxinasiyalar hesabına sosial yardımdan yararlanan insanlar əslində buna ehtiyacı olmayanlar olur. 

Məlumatlarda həmçinin vurğulanır ki, Yasin Mürsəlovun və müavininin vətəndaşlara ayrılan sosial yardımın bir hissəsini mənimsəməyə yönəlmiş cəhdləri hətta dəfələrlə Qazax ƏSMM-də xoşagəlməz insidentlərin yaşanmasına səbəb olub. Belə ki, rayon sakinlərindən bir qismi sosial yardım almaq məqsədilə ƏSMM-nə müraciət etdikləri zaman, irəli sürülən bəzi tələblərlə, yəni plastik kartların ilk altı ay müddətində mərkəz rəhbərliyinin istifadəsində saxlanılması şərtilə razılaşmaqdan imtina edirlər. Nəticədə isə, tərəflər arasında yaranan münaqişələr bəzən hətta əlbəyaxa dava ilə də sonlanır. Lakin istənilən halda, bu şərtlərlə razılaşmayıb dövlət tərəfindən ayrılan yardımı tam həcmdə almaq hüququ uğrunda mübarizə aparanlar o dərəcədə süründürməçiliklə üzləşirlər ki, onların qarşısında elə bürokratik əngəllər yaradılır ki, bir çoxları nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar. 

Digər tərəfdən isə məlumatlarda bildirilir ki, Qazax rayonunda daha çox ünvanlı sosial yardımlar bahalı maşınları, mülkləri, ev-eşikləri olan, sahibkarlıqla məşğul olan insanlara verilir. Məhz bu yolla Qaxax ƏSMM-nin yeni direktoru vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. 

Həmçinin qeyd olunur ki, Yasin Mürsəlov millət vəkili Əhməd Vəliyevin yaxın adamı olduğunu bəyan edərək, onun barəsində istənilən instansiyaya olunacaq şikayətlərdən qətiyyən çəkinmədiyini tez-tez təkrarlamağı da çox sevir...

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar