İranın sabiq prezidenti Mahmud Əhmədinejad ABŞ dövlət başçısı Donald Trampa məktub ünvanlayıb
“Qafqazinfo”nun verdiyi məlumata görə, eks-prezident məktubda Trampın immiqrasiya siyasətindən və Vaşinqtonun Yaxın Şərqdəki fəaliyyətindən bəhs edib.
M. Əhmədinejad 3500 sözdən ibarət məktubunda ABŞ-ın BMT-dəki dominantlığı, eləcə də Amerika hökumətinin digər dövlətlərin daxili işlərinə qarışmasını qeyd edərək bunun dünyada qeyri-sabitlik, müharibə, cinayət və xalqların miqrasiyasına səbəb olduğunu vurğulayıb.
İranın keçmiş liderinin sözlərinə görə, müasir ABŞ yerli amerikalılar daxil olmaqla bütün xalqa məxsusdur: “Heç kim özünü ölkənin sahibi hesab, digərlərini isə qonaq və immiqrant hesab edə bilməz”.
pia.az