Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhmədzadə qardaşlarının saxta təəssüratı - İttiham var

İllərdir ki, Əhmədzadə qardaşları dövlət büdcəsi talan edir. Məmur qardaşlar dövlət vəsaitlərini mənimsədiklərinə baxmayaraq hər hansı cəza tətbiq olunmur. Bu arxayınçılıq Əhməd Əhmədzadə və Mübariz Əhmədzadə qardaşlarının vəzifə səlahiyyətlərindən gen-bol sui-istifadə etməyə əlverişli imkan yaradıb.


İki qardaşın talanı 

Mətbuatın mütəmadi olaraq istərsə “Meliorasiya və Su Təsərrüfatı” ASC, istərsə də Zaqatalada korrupsiya, maxinasiya faktları barədə yazmasına baxmayaraq heç bir reaksiya verilmir, faktların önündə susqunluq nümayiş etdirilir. Onda başlayaq ki, M.Əhmədzadə Zaqatalanı viran qoyub. Əhməd Əhmədzadənin qardaşı olan icra başçısı Prezidentin göstərişlərinə zidd hərəkət edərək rayonda sosial gərginlik yaradır. Əhmədzadə rayonun sosial problemləri ilə əhalini baş-başa qoyub. “Gündəm-xəbər”in məlumatına görə, qarşılığında isə başı rayonu çapıb talamağa, sərvətlərinə yiyələnməyə, hotel-restoran biznesini inkişaf etdirməyə qarışıb. Zaqatala kimi bir rayonda inhisarçılıq baş alıb gedir. Əhmədzadələr tərəfindən özəlləşdirilib. İstirahət zonaları, meşələri çay kənarlarını, restoranları və hətta hotelləri belə bütünlükdə Əhmədzadələrə məxsusdur. Nəticədə isə Zaqatalada iş adamlarına sərmayələr yatırmağa imkan verilmir, rayonun sosial-iqtisadi inkişafına süni maneçilik törədilir. Mübariz Əhmədzadə “regionların sosial iqtisadi inkişafı” proqramı çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsini özünün yaratdığı şirkətlərə köçürməklə mənimsəyir. Bu mənimsəməni isə abadlıq işləri adı altında həyata keçirir. Zaqatala şəhəri küçələrindəki evlərin divarlarına çay daşından üzlük çəkilir. Hətta ev sahibləri buna etiraz etsə belə, onların mülkiyyət hüququ pozulur və adı “şəhərin abadlaşdırılması” qoyulur. 

Şişirtmələr, yeyintilər, obyektlərin zəbti 

Daxil olan şikayətdə bildirilir ki, rayondakı bütün səfalı yerlərində fəaliyyət göstərən istirahət obyektləri, restoranlar, marketlər, ya icra başçısının özünə, ya da, qohumlarına məxsusdur. Həmçinin o da, qeyd olunur ki, son illər ölkə prezidenti tərəfindən Zaqatala rayonun sosial-iqtisadi inkşafı üçün ayrılan milyonlarla manat vəsaitlərin xərclənməsində də qaranlıq məqamlar var. Rayon icra başçısı Mübariz Əhmədzadə abadlıq, tikinti işlərini öz yaxın adamlarına məxsus şirkətlərə verərək dövlət büdcəsindən ayrılan milyonları onların əli ilə silərək mənimsəyir. Belə ki, rayondakı binaların fasadlanması, küçələrin asfaltlanması, parkların yenidən qurulması, səkilərin təmiri, küçə hasarlarının salınması, onların üzlənməsi və digər tikinti işlərində qiymətlər bir neçə dəfə şişirdilib. Bu şişirtmələr əsasən tikinti materialların qiymətlərində və işçi qüvələrinin əmək haqqında nəzərə çarpır. Sənədlərdə işçilərə yüksək maaş verildiyi göstərilsə də, əslində onlar qəpik-quruş alıblar. Rayon sakinlərinin iddiasına görə, Mübariz Əhmədazədə və ətrafı yuxarı dairləri inandıra biliblər ki, Zaqatala rayonunun inkşafı üçün yatırım yatıranlar azad sahibkarlardır. Əslində isə həmin “azad sahibkarlar”ın arxasında məhz Əhmədzadələrə dayanır. Bu gün hər kəs bilir ki, Zaqatalada fəaliyyət göstərən turzm obyektlərinin 90 faizi Əhmədzadələrə məxsusdur. Əhmədzadələr qohumlarının adlarına otellər, obyektlər, istirahət mərkzələri açaraq bunu kənar yatırım kimi təqdim edirlər. Bundan başqa Zaqatala rayonun təhsil, səhiyyə, mədəniyyət və digər dövlət qurumlarınds baş verən korrupsiya özbaşınalıqların arxasındada məhz Mübariz Əhmədzadənin dayandığı iddia edilir. Çünki rayondakı bütün büdcə təşkilatların rəhbərləri icra başçısına yaxınlığı ilə seçilən şəxslərdir. Zaqatala kəndlərindəki səhiyyə ocaqları, orta məktəb, uşaq baxçaları, mədəniyyət evləri, klublar və digər sahələr acınacaqlı vəziyyətdə olduğu bildirilir. 

Hesablama Palatasının ifşa hesabatı 

Və keçirik qardaşların böyüyü və öz sahəsinin naziri olan Əhmədzadəyə. Əvvəla deyək ki, Əhmədzadələr təkcə Zaqatala deyil, Qax, Balakəndə də hökmranlıq edirlər. “Gündəm-xəbər”in məlumatına görə, bu dəfə medianın araşdırmasına zərurət olmayıb. Əhmədzadə qardaşlar öz “silahı” ilə vurulub. Belə ki, Hesablama Palatası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsi üzrə vəsaitlərdən istifadəyə dair auditin nəticələrini açıqlayıb. Bu günlərdə isə Hesablama Palatası mətbuata əziyyət verməyib və Əhmədzadənin korrupsiyasını işa edib. Auditin nəticələrinə dair hesabatda layihəyə ayrılmış vəsaitin xərclənməsi və layihənin icrası zamanı nöqsanlara yol verildiyinin müəyyən edildiyi göstərilir. Hesabata “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsinin qiyməti ilkin olaraq 114,3 milyon ABŞ dolları məbləğində müəyyən edilib, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi məbləğ 80,0 milyon ABŞ dolları, Azərbaycan Hökumətinin maliyyələşdirdiyi məbləğ isə 34,3 milyon ABŞ dolları məbləğində nəzərdə tutulub. 

90,5 milyon dollar hara gedib? 

Layihənin əsas məqsədi Layihə ilə əhatə olunan kənd təsərrüfatı təyinatlı suvarılan torpaq sahələrində təsərrüfatdaxili suvarma suyunun paylanılması və idarə edilməsinin daha da səmərəli təşkil edilməsi idi. Layihənin icra olunduğu 2011-2015-ci illərdə 90,5 milyon ABŞ dolları məbləğində, yəni Layihənin qiymətinin 79,2%-i həcmində vəsait istifadə edilib. Nəticədə kredit vəsaitlərindən istifadə müddəti daha bir il uzadılıb. Layihə çərçivəsində keçirilmiş satınalmalar üzrə bağlanmış müqavilələrin icra və ödəniş qrafiklərinə müxtəlif səbəblərdən (inzibati, təşkilati, maliyyə və s.) dəyişikliklər edilərək illik maliyyə planlarında dəqiqləşdirmələr aparılsa da, həmin planlara tam riayət edilməmişdir. Layihənin həyata keçirilməsi üzrə İşçi qrupu (LHKQ) ilə Layihənin təşkilati strukturuna daxil olan və ASC-nin rayon suvarma sistemləri idarələri (RSSİ) ilə əlaqəli fəaliyyət göstərən Rayon Dəstək Qrupları (RDQ) arasında nəticələr üzrə müqavilələr bağlanılmadığı müəyyən edilb. Bununla yanaşı, Layihə çərçivəsində bərpa işlərinin başa çatmasına baxmayaraq, Sudan İstifadəedənlər Birliklərinin (SİB-lərin) 20 il müddətinə sistemlərdən istifadə etmək, istismar və texniki xidmət göstərmək üçün öhdəliklərin qəbul edilməsi barədə infrastrukturun uzunmüddətli istifadəsinə dair RSSİ-lərlə müvafiq sazişlərin bağlanılması təmin edilməyib. Eyni zamanda, layihə çərçivəsində SİB-lərin fəaliyyətinin təkmilləşdirilməsi, faydalı iş əmsalının daha da artırılması məqsədilə SİB-lərə təhvil verilmiş ofis binalarının yerləşdiyi torpaq sahələrinə dair istifadə hüquqlarının torpaq qanunvericiliyinə uyğun olaraq tam rəsmiləşdirilməsi aparılmayıb. 

Əhmədzadəyə solaxay faktlar - Rəqəmlər 

Cəmiyyətin SİB-lər üzrə nəzarət bölməsinin potensialının artırılması (gücləndirilməsi), bu bölmənin fəaliyyətinin Layihənin Mərkəzi Dəstək Qrupu (MDQ) və LHKQ ilə sıx koordinasiya edilməsi, SİB-lərin “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq fəaliyyət göstərməsi tam təmin edilməyib. 17 RDQ-nin təmiri başa çatmış ofis binalarına və LHKQ-nin ofisinin təmirinə xərc edilmiş vəsait, habelə istismara qəbul edilmiş 15269,8 min manat dəyərində 7 suvarma-drenaj infrastrukturu obyekti aidiyyəti qurumların balansına verilməyib. Eyni zamanda, Layihənin hədəf göstəricilərinə nail olunması vəziyyətinin araşdırılması nəticəsində müəyyən olunub ki, 2015-ci ilin sonuna nəzərdə tutulmuş kəmiyyət göstəricilərinə tam, keyfiyyət göstəricilərinə isə qismən nail olunub. Belə ki, Layihənin əsas nəticə göstəricilərinə (hədəflərinə) nail olunmasının qiymətləndirilməsi üzrə əhatəlilik, müvafiq uçot və müqayisələrin dəqiq aparılması, müvafiq nəticə göstəriciləri üzrə Layihə ilə əhatə edilən SİBlərdə məhsuldarlığın artımı, əkinlərin suvarma suyuna olan tələbinin təmin edilməsi, suvarma xidmət haqqının yığım faizinin artırılması, habelə SİB-lərin potensialının gücləndirilməsi tədbirlərinin davamlılığı tam təmin edilməyib. Hesablama Palatasının Kollegiyası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsi üzrə vəsaitlərin istifadə edilməsində yol verilmiş nöqsanların aradan qaldırılması barədə Qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə göndərilib. Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib. Xatırladaq ki, Hesablama Palatası ötən il də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin fəaliyyətində ciddi maliyyə pozuntuları aşkar etmişdi. ASC-yə sovet dövründə bir sıra mühüm vəzifələr, o cümlədən raykom katibi postunu tutmuş Əhməd Əhmədzadə başçılıq edir. Onun rəhbərlik etdiyi ASC-yə son illər dövlət büdcəsindən milyardlarla manat vəsaitlər ayrılıb.(dia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar