Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ehsan qadağası, yoxsa israfçılıq?


Din xadimləri israfçılığın yaxşı hal olmadığını bildirir


Azərbaycan rayonlarının birində yas mərasimi zamanı ehsan kimi süfrəyə aş gətirilib. 

Lakin bu zaman icra nümayəndəsi ehsan verilməsinə mane olub. İcra nümayəndəsi məclisdə iştirak edən mollanı oradan çıxardıb. Bundan əlavə gətirilən aş məclisdən yığışdırılıb, aş qazanı yas çadırından çxarılıb. İcra nümayəndəsi tərəfindən ölü sahibi tənbeh olunub.

Əslində anoloji hadisələr hüzr mərasimlərində ehsan verilməsi ilə bağlı konkret standartlar müəyyənləşdirilməsindən sonra tez-tez baş verir. Lakin din xadimləri bunun yaxşı hal olmadığını bildirirlər. “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənov ANS PRESS-ə açıqlamasında bildirib ki, dinimiz təmtaraqlı yas mərasimlərinin qurulmasının əleyhinədir. Onun sözlərinə görə, yas mərasimləri kifayət qədər sadə olmalıdır.

“Ehsan mərasimləri bəzi insanlar arasında rəqabət formasına çevrilir. Bu zaman da ehsanın əsl mahiyyətini unudurlar. Lakin bu məsələlərə hansısa inzibati yolla müdaxilə etmək də yolverilməzdir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da çıxışı zamanı bildirmişdi. Sadəcə tövsiyyə edilir ki, ehsan məclisləri sadə keçirilsin. Bu barədə Qazilər Şurasının də tövsiyyəsi var. Amma hansısa kobud müdaxilə yolverilməzdir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi var. Bunu təkamül yolu ilə insanlara izah etmə yolu ilə həll etmək mümkün olar", - deyə Hacı Şahin bildirib.

İlahiyyatç Mircəfər Əyyubov ANS PRESS-ə açıqlamasında bildirib ki, hər bir insanın başqa insanlara yemək vermək ixtiyarı var. Onun sözlərinə görə, bunun müzakirə obyekti olması gülüncdür: “Elə bil müzakirə edirik ki, şalvarı geyəndə birinci sağ ayaqdan geyinmək lazımdır, yaxud sol ayaqdan. Ehsan məsələsi də belədir. Əlbəttə şəriətdə də israfçılıq günahdır. Bu baxımdan da, israfçılıq əleyhinə mübarizə düzgündür. Lakin durub kiməsə göstəriş verəsən ki, əzizinin yas mərasimində ehsan vermə. Bu biabırçılıqdır”, - deyə Mircəfər Əyyubov.

Dövlət nümayəndələri isə məsələyə başqa aspektdən yanaşmağı lazım bilirlər. Azərbaycanın xalq şairi, ictimai-siyasi xadim, millət vəkili Sabir Rüstəmxanlı ANS PRESS-ə açıqlamasında bunun ictimai sifariş olduğunu bildirib.

“Xalq həm toylardakı, həm də yaslardakı israfçılıqdan, bundan əlavə bəzi adamlar sərvətlərini nümayiş etdirmək hallarından beziblər. Hər zaman bəzi insanların qudurğanlığından, istər toylarda, istərsə yaslarda əndazəni aşmaqdan cana doyan insanlar etirazlarını bildirirdilər. Bu barədə 20 ilə yaxındır söz-söhbət gedir. İndi bu baxımdan qayda-qanun yaradılmağa başlanıb. Əhalinin 90 faizi bunun tərəfdarıdır. Burda qeyri adi heç nə yoxdur”, - deyə Sabir Rüstəmxanlı bildirib.

Deputat deyir ki, yalnız dünyası dəyişənin yeddisində, qırxında yüngülvari ehsan verilə bilər. Heç kim bunu tam qadağan edə bilməz. Amma bu ehsanın əndazəsi var.

“Artıq çoxdan dəbə düşüb ki, cümə axşamı məclisləri yığışdırıldı. 3-7 mərasimləri birləşdirildi. Həmin mərasimlərdə də halva-çörək verildi, bəsdir. Amma mərasimdə aş qazanının aparılması doğru deyil. Ehsanda kimsə aş verə bilər, bozbaş verə bilər. Əndazədən çıxmamaq üçün nəzarət edilə bilər, lakin buna qadağa qoyula bilməz”, - deyə Sabir Rüstəmxanlı əlavə edib.

Millət vəkili Fəzail Ağamalı isə ANS PRESS-ə açıqlamasında bildirib ki, əslində yas mərasimlərində ehsan qadağan edilmir. Sadəcə israfçılığn qarşısını almaq üçün xüsusi nəzarət yerinə yetirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu barədə bildirmişdi ki, bu məsələyə tamam başqa formada, təbliğat yolu ilə xoşagəlməz vəziyyətin aradan qaldırılmasına çalışılır. Kimsə buna kobud şəkildə müdaxilə edirsə, bu yaxşı deyil. Yalnız təbliğat şəklində insanlara bildirilməlidir ki, israfçılığa yol vermək olmaz. Ehsanda halva-çörək hər zaman verilib. Çay verilib. Bir də, insanın ya rəhmətə getdiyi gün, yaxud hansısa məclisində bozbaş, ya da aş verilib. Ortalıqda ikinci, üçüncü yemək, meyvə, şirələr və s. verilməsinə ehtiyac yoxdur”, - deyə Fəzail Ağamalı bildirib.

Qeyd eədk ki, israfçılıq hallarının qarşısının alınması üçün dövlət bununla bağlı konkret standartlar müəyyənləşdirib. Digər qida məhsullarının verilməsinə qadağa qoyulub. Hüzr məclislərində süfrədə yalnız çay və qənd olacaq. İstisna hal kimi xurmanın olmasına məhdudiyyət qoyulmayacaq.

Məsələ ilə bağlı rayon icra hakimiyyətləri başçılarının 1-ci müavinlərinə tapşırıqlar verilib. Yerli din xadimlərinə, axund və mollaların diqqətinə çatdırılıb ki, məclislərdə qoyulan təlimatlardan kənara çıxılması hallarının qarşsının alınması üçün üzərlərinə düşən tədbirləri həyata keçirsinlər.

Yas məclislərində israfçılığın qarşısının alınması üçün inzibati tədbirlərə də əl atılacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar