Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkbər Vəliyevin İspaniyada həbs olunmasının təfərrüatları


Bir neçə gün öncə İnterpolun “qırmızı xətti” ilə axtarışa verilərək İspaniyada həbs olunan Əkbər Məhəmməd oğlu Vəliyev “Global Construction” şirkətinin əməkdaşı olub


 Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xəbərdə deyilir ki, Ə.Vəliyev Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında bu il mayın 19-da, saat 11 radələrində baş vermiş və 14 nəfərin ölümünə səbəb olmuş yanğında təqsirləndirilir.

Cinayət Məcəlləsinin iki maddəsi ilə axtarışda olan Əkbər Vəliyevin Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır.

Qeyd edək ki, Ə.Vəliyev barəsində Cinayət Məcəlləsinin 225 (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.

Baş Prokurorluqdan bildirilib ki, Ə.Vəliyevin həbs edilməsi faktı üzrə rəsmi informasiya yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov hadisədən dərhal sonra həbs olunmuşdu.

Məlumatlı mənbələrdən əldə etdiyimiz informasiyaya görə, Əkbər Vəliyev son 4 il ərzində İspaniyanın Jirona əyalətində yaşayıb və buradakı “Pivani Conctruction” şirkətində çalışıb. Bu şirkət daşınmaz əmlak sahəsi üzrə ixtisaslaşıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar