Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eks-deputatın qardaşı oğlunun həbsinə hazırlıq gedir

Sarvan Qəribov Cinayət Məcəlləsinin 6 maddəsi ilə ittiham olunur


Baş prokurorun göstərişinə əsasən Kürdəmir Rayon Prokurorluğunda eks-deputat Fərhad Qəribovun qardaşı oğlu Sarvan Qəribov barəsində araşdırma aparılır. S.Qəribov Cinayət Məcəlləsinin 6 maddəsi ilə başlanmış cinayət işi üzrə əsas təqsirləndirilən şəxsdir. 

Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, hazırda Kürdəmir Rayon Prokurorluğunda S.Qəribovun rəhbərlərindən olduğu  “Ekspress-Trans” MMC-də baş verən qanunsuzluqlardan dolayı CM-in 216-1 - əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, 178-ci - dələduzluq,  179-cu - mənimsəmə 297-ci - yalan ifadə vermə, 308-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 309-cu - vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi başlanıb. 

Bundan başqa, S.Qəribov külli miqdarda vergidən yayındığı üçün onun ölkədən çıxışı Vergilər Nazirliyi tərəfindən məhdudlaşdırılıb. Ölkədən çıxmasının qarşısının alınması üçün Dövlət Miqrasiya və Dövlət Sərhəd Xidmətləri məlumatlandırılıblar. 

“Ekspress-Trans” MMC eks-deputat Fərhad Qəribovun oğlu Zöhrab Qəribovundur. Şirkətlə bağlı araşdırmalar bir qrup fəhlənin müraciəti əsasında başlanıb. F.Qəribov deputat olduğu müddətdə oğlu Zöhrab Qəribov “İpək Yolu”nun bir hissəsinin çəkilişində özünün “Ekspress-Trans” MMC şirkəti vasitəsilə iştirak edib. Yol çəkilişində 11 fəhləni  işlədib, amma pulunu verməyib. Deyib ki, “pulu vermirəm, gedin, kimə istəyirsiz deyin”. Həmin şəxslər də deputat oğlunun sözünü yerə salmayıblar. 2012-ci ildən bu günə qədər halal, əllərinin zəhməti, alın təri ilə qazandıqları pulların onlara verilməsi üçün dövlət qurumlarına yorulmadan şikayət edirlər. Şikayətlər araşdırılarkən məlum olub ki, “Ekspress-Trans” MMC 2014-cü ilə qədər dövlət qurumlarına fəaliyyətsiz olması haqda yalan məlumatlar verməklə külli miqdarda vergini ödəməyib. Buna görə də deputatın qardaşı oğlu Sarvan Qəribovu saxlayıblar, rəhbəri olduğu MMC 120 min manat cərimə edilib, 70 min manatı ödətdiriblər. S.Qəribov yerdə qalan  50 min manatı ödəmək öhdəliyi götürəndən sonra azad olunub. Bir müddət əvvəl isə Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergi İdarəsi Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək Sarvan Qəribovun ölkədən qaçmaq ehtimalının böyük olduğunu nəzərə almaqla onun ölkədən çıxışının yasaqlanması haqda qərar verilməsini xahiş edib. Məhkəmə Sarvan Qəribovun ölkədən çıxışını yasaqlayıb. Bundan sonra Sarvan Qəribov 50 min manatın 24 minini ödəyib. 26 min manat borcu isə ödənməmiş qalıb. Hazırda bu rəqəm də dəbbə pulu ilə birgə artıq 36 min 871 manat 98 qəpik olub. Hər gün bu məbləğin üstünə 0.1 faiz dəbbə pulu gəlir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar