Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elbaşının yumşalan diktatorluğu

Astanada ən böyük prospektlərdən birinin adını görəndə prezident Nursultan Nazarbayevin indiyə qədər bildiyim odioz obrazı bir balaca dəyişdi


Prospekt Dinmühəmməd Kunayevin adını daşıyırdı. 

Kunayev Qazaxıstanın rəhbəri (1964-1986) olub. Əslində öz xalqı üçün böyük işlər görən Kunayev 1986-cı ildə indiki prezident Nazarbayevin karyerasını baltalayıb.

O vaxt 46 yaşlı Nazarbayev Qazaxıstanın baş naziri imiş və Qazaxıstan KP MK-nın birinci katibi olmaq üzrəykən, karyerası Kunayevin iki dodağının arasında olub. Kreml tərəfindən vəzifəsindən uzaqlaşdırılan Kunayev son arzusu olaraq deyib ki, Qazaxıstanın yeni lideri Nazarbayev olmasın, başqası olsun. 

Kreml həmin vəzifəyə Gennadi Kolbini təyin edib və Əbiş oğlu Nursultan baş nazir vəzifəsində qalası olub. 

Ancaq üstündən 3 il keçəndən sonra Nazarbayev ölkəsinin rəhbəri postuna gəlib və o vaxtdan da bu postdadır. Daha 3 ildən sonra 30 il olacaq ki, o, Qazaxıstanı təkbaşına idarə edir. 

Bununla belə, Nazarbayev öz keçmiş himayədarı və sələfinin etdiyi tarixi pisliyi bağışlayıb və paytaxtın ən böyük prospektlərindən birinə onun adının verilməsinə mane olmayıb.
Bu sətirlərin müəllifi həmin prospektin adını görəndə ona görə bir balaca şaşırmışdı ki, bu, bir az Şərqsayağı davranış deyildi.

Şərqdə tarixi yamanlıqları unutmur və bağışlamırlar, fürsət olan kimi qisas alırlar. 
Nazarbayev isə qisas almayıb. Əslində o, 1986-cı ilin 16 dekabrında baş verən qanlı hadisələri (sovet hərbçilərinin Kremlin kadr siyasətinə etiraz edən gənc qazaxları qırmasını, həbs edib işgəncə verməsini) Kunayevin yanlış hərəkətinin nəticəsi kimi qələmə verə, onu “xalq düşməni” elan etdirə bilərdi. 

Nazarbayevin qəddar diktator obrazının dağılmasına aid daha bir detalı çoxdan bəri bu ölkədə yaşayan azərbaycanlılarla söhbət zamanı öyrəndim. 

Onlar danışdılar ki, ölkədə, paytaxtda bu qədər yeniliklər edilir, dövlət əhəmiyyətli obyektlər, sənaye müəssisələri istifadəyə verilir, ölkə üçün mühüm işlər görülür, amma Nazarbayev bunların üstündə piar kampaniyası aparmır, xalqa “bunları sizin üçün edirəm” minnəti qoymur. 

Bəlkə də diqqətlə baxmamışıq, 5 gün ərzində Astanada olarkən Nazarbayevin portretlərinə rast gəlmədik. Hər halda, onlar gözəgirən miqdarda, hər addımbaşı olsaydı, görərdik, nəzərimizi cəlb edərdi. 

Ölkənin paytaxtını öz doğma vilayətindən uzaq bir şəhərə köçürtməsi isə Nazarbayevin doğma mahal təəssübü çəkən biri olmadığının göstəricisidir. Zatən, ölkənin idarə olunmasında da bu faktor ciddi rol oynamır. Yəni Nazarbayev yerlibazlıq edərək Almatının Kaskelen rayonunda doğulanları kütləvi şəkildə dövlət vəzifələrinə daraşdırmayıb. 

Bir şərq müstəbidi üçün xarakterik olmayan bu ştrixlərinə baxmayaraq, o da hakimiyyətdən dördəlli yapışan avtoritar liderlərdəndir. Baş nazir təyin olunduğu zamandan götürsək (bundan əvvəl isə o, 39 yaşındaykən Qazaxıstan KP MK-nın katibi olub), Nazarbayev artıq 32 ildir ki, Qazaxıstanın rəhbəridir. 

Əlbəttə, o, qazax xalqının 20-ci əsrdə yetişdirdiyi ən parlaq simalardan biridir, ancaq deyəsən, öz əvəzedilməzliyinə özü də inanıb, xalqını da inandırıb. 

Gerçəkdən də sıravi qazaxlar əksəriyyət etibarilə hesab edir ki, Nazarbayev xalqın böyük oğludur (onun rəsmi titulu Elbaşıdır), millətin xilaskarı, dirçəldicisidir. 

Mahiyyətcə, Nazarbayev qazax vətənpərvəridir, öz xalqını sevir və onun gələcəyini, hətta 50 il sonrasını da düşünür. Eyni zamanda o, öz ölkəsində 140 başqa milləti barındıracaq, onlara qarşı milli ayrı-seçkiliyə yol verməyəcək qədər beynəlmiləlçidir. 

Nazarbayev müxaliflərə qarşı amansızdır və ölkədə hakim “Nur Otan” partiyasından başqa güclü partiya yoxdur. “Nur Otan” da bizim YAP kimi bütün seçkilərin şəriksiz qalibi olur.
Qazaxıstan lideri öz şəxsi düşmənləri ilə də haqq-hesab çəkməyi bacarır, qudurmuş məmurlarını vaxtaşırı cəzalandırır. Ancaq ölkədə belə bir rəy var ki, prezident milyarderə çevrilmiş nazirlərini tutub türməyə basmaq əvəzinə xaricə qaçmalarına göz yumur. 
Bəs Nazarbayevdən sonra Qazaxıstanın halı necə olacaq? Müşahidələr göstərir ki, o, Nazarbayevlər sülaləsinin hakimiyyət dönəmini uzatmaq üçün prezident postunu qızına ötürəcək. 

Bununla belə, ümidlər böyükdür ki, Qazaxıstan tədricən demokratikləşəcək və bu ölkədə qanuni seçkilər keçiriləcək. 

Xalid KAZIMLI(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar