Dünən Lerik rayonunun Orand kəndində baş vermiş qar uçqunu nəticəsində xəsarət alan 1 yaşlı Elcan Mustafayevin vəziyyəti normaldır
Bu barədə Lent.az-a Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev məlumat verib. O bildirib ki, körpənin səhhətində ciddi problem müşahidə edilmir:
"Elə indicə Elcanın yanından qalxıram, vəziyyəti normaldır. Yaxınları evə aparmaq istəsə də, hələlik buraxmadıq. Daxili orqanlarında, sümük sistemində patologiya yoxdur. Yalnız gicgah nahiyəsində hematoma var, o da sovrulmaqdadır. Yaxın günlərdə evə buraxılacaq".
Qeyd edək ki, məlum hadisə zamanı bir ailədən ikisi körpə olmaqla 4 nəfər vəfat edib. Bu gün isə telekanallardan biri xəstəxanaya yerləşdirilmiş Elcanın vəfat etməsi barədə xəbər yayıb. Baş həkim həmin xəbərin həqiqətə uyğun olmadığını bildirib.
pia.az