Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçibəy məzarı önündə anılacaq


Demokratik qüvvələr sabiq prezidentin vəfatının 14-cü ildönümü ilə bağlı tədbirlər keçirəcək


Avqust 22-də Azərbaycanının eks-prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatının 14-cü ildönümüdür. 

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Əbülfəz bəy 2000-ci il avqustun 22-də Türkiyədə - Gülhanə Hərbi Tibb Akademiyasında dünyasını dəyişmişdi.

Hər il olduğu kimi, bu ildə demokratik düşərgənin Fəxri Xiyabanda Elçibəyin məzarını ziyarət edəcəkləri gözlənilir. Siyasi qüvvələrin bu ziyarəti birlikdə edib-etməyəcəkləri həmişə olduğu kimi, yenə də sual doğurur. 

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı 22 avqusta Əbülfəz Elçibəyin məzarını ziyarət edəcəklərini bildirdi: “Biz hər il olduğu kimi, bu ildə adəti üzrə Əbülfəz Elçibəyin məzarını ziyarət edəcəyik. Partiya qərargahında hər hansı bir tədbirin keçirilməsi ilə bağlı müzakirələr aparılır. Lakin hələ bununla bağlı qərar verilməyib. Ziyarətin digər demokratik qüvvələrlə birlikdə həyata keçirilməsi ilə bağlı partiyada müzakirələr aparılmayıb. Bu anma mərasimi birlikdə də ola bilər, ayrı da”.

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev anım günü ilə bağlı tədbirlər planlarının olduğunu söylədi: “ 22 avqustu demokratik qüvvələr həm də ”Savalanı ziyarət günü" kimi qeyd edirlər. Bu günlə bağlı həm Milli Şuranın özü, həm də quruma daxil olan partiyalar bir sıra tədbirlər keçirməyi nəzərdə tuturlar. Bu tədbirlərin içərisində ən əsası Əbülfəz bəyin məzarını ziyarət etməkdir. Milli Şura və quruma daxil olan partiyalar 22 avqust saat 11:00-da Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət edəcəklər. Bundan əlavə, digər tədbirlərin keçirilməsi də planlaşdırılır. Eyni zamanda Kələki, Türkiyədə anım mərasimi keçiriləcək. Bölgələrdə Müsavat, AXCP və digər partiyaların fəalları birlikdə tədbir keçirəcəklər. Artıq tədbirlərlə bağlı hazırlıqlara start verilib".

Milli Şura funksioneri hər zaman birləşdirici qüvvə kimi çıxış etdiklərini də qeyd etdi: “Demokratik düşərgədə daim birləşdirici şəxsiyyətlər olub. Bunlardan biri də Əbülfəz Elçibəydir. Onun doğum və vəfatı tarixi həmişə demokratik düşərgədə geniş şəkildə qeyd edilir. Əlbəttə, biz arzulayırıq ki, insanlar bu günü birlikdə qeyd etsinlər. Bu istiqamətdə lazımı addımlar atılır. İndi də mümkündür. Saat 11:00-dan etibarən ziyarət başlayır. İstəyən həmin tarixdə gələ bilər. Zaman problem deyil. Əsası həmin günü rəhmətlik bəyi xatırlayaq. Hesab edirəm ki, birlikdə ziyarət etməməklə bağlı ciddi problem olmamalıdır”.
KXCP sədrinin müavini Xəzər Teyyublu partiyanın idarə heyətində ziyarət və tədbir keçirilməsi ilə bağlı qərar qəbul edildiyini bildirdi: “KXCP ayın 22-də bəyin məzarını və ”Savalan ziyarəti" ilə bağlı qərar çıxarıb. Həmin gün partiyamız saat 11:00-da Əbülfəz Elçibəyin məzarını ziyarət edəcək. Bundan sonra qərargahımızda “Savalan ziyarəti” ilə bağlı geniş tədbir keçiriləcək. Tədbir media və iştirakçılara açıqdır. İstənilən şəxs iştirak edə bilər".

Xəzər Teyyublu Milli Şuradan ayrı ziyarət təşkil etmələri məsələsinə də aydınlıq gətirdi: “Partiyada bu məsələ geniş müzakirə olunub. Düzdür, KXCP Milli Şurada təmsil olunur. Amma biz bununla bağlı partiya olaraq, qərarımızı vermişik”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar