Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçibəylə mübarizə bitməyəcəkmi?

Bu ölkədə Nemət Pənahlı yeganə adamdır ki, onun həbsdə olmasına, iztirab çəkməsinə könül razı olmur, başı dərdə girəndə yazıb-pozub müdafiəsinə qalxırıq, amma o, həbsdən, dardan qurtulandan qısa müddət sonra adama peşmançılıq, iztirab yaşadır. Bu, dəfələrlə olub


Söz yox, Nemət Pənahlı millət qarşısında xidməti olan adamdır, milli-azadlıq hərəkatının simvollarından biridir, amma açıq-aşkardır ki, o, bu statusun dəyərini bilmir, ömrünün müdriklik çağına qədəm qoysa da, hələ də o statusa layiq sanbalını qoruyub saxlamır. Onun Elçibəyə qarşı yol verdiyi həqarətin nə real əsası, nə də bəraəti var. 

Elçibəy isə milli-azadlıq hərəkatının simvollarından biri deyil, o simvolun özüdür. Onun bu millət qarşısında elə böyük xidmətləri var ki, bir illik hakimiyyəti dövründə təcrübəsizlikdən buraxdığı səhvlərindən yüz qat dəyərlidir. 

1 illik hakimiyyət nədir ki? Bir ildə başqaları hələ öz iqamətgahlarını, ofislərini təmir edib başa çatdıra bilmirlər, Elçibəy bir ildə dövlət, ordu, iqtisadiyyat qura bilərdimi? Hamımız bilirik ki, buna onilliklər lazımdır. Elçibəyin devrilməsindən 23 il keçib, hələ də dövlət, ordu, iqtisadiyyat quruculuğu davam edir, təkmilləşdirilir. 

Bunları qanlı müharibə apara-apara etmək mümkün deyildi. O bir ildə Elçibəyin və onun komandasının yeganə nailiyyəti hakimiyyəti qoruyub saxlamaq, ömrünü uzatmaq ola bilərdi ki, bu da mümkün olmadı. Sırasında Nemət Pənahlı da olmaqla mütəşəkkil hakimiyyət hərisləri və revanşist qüvvələr imkan vermədi. 

Əgər bu gün Azərbaycanın müstəqilliyi Ermənistanınkından fərqlidirsə, onun kimi Rusiyanın Həştərxan vilayətinə dönməyibsə, bu, Elçibəyin xidmətidir, vaxtında o, Rusiya ordusunun ölkəmizdən çıxarılmasını təmin etməsəydi, vəziyyət daha fərqli olardı. 

Bu günə qədər yüz minlərlə gənc öz bilikləri ilə, rüşvətsiz, xəracsız ölkənin, eləcə də dünyanın ən nüfuzlu ali məktəblərinə daxil ola bilirlərsə, bu da Elçibəyin və onun komandasının tarixi xidmətidir, tələbə qəbulunda yeni sistem tətbiq edilməsəydi, ölkə çıxılmaz girdabın dibinə yuvarlanacaqdı. Çünki korrupsiyanın qara dəliyi təhsil sferasını tamamilə udmaq üzrəydi. 

Əlbəttə, Elçibəyi də bir siyasətçi, dövlət xadimi kimi tənqid etmək olar və bunu zaman-zaman ediblər. Hətta ən qatı tərəfdarları belə Elçibəyin sağlığında, üzünə qarşı ona iradlarını sıralayıb- sadalayıb, lazımi cavablar alıblar. 

Zatən, Elçibəyin 1 illik hakimiyyətindən ən çox ziyan görən elə onun öz tərəfdarları olub. Onlar Elçibəyin, gənc Azərbaycan dövlətinin yolunda sözün birbaşa mənasında ölümə getdilər, repressiya olundular, məhbəslərdə yatdılar, ölkədən didərgin düşdülər, məşəqqətlər, iztrablar çəkdilər, düz-əməlli bir həyat yaşamadılar. Öz liderlərindən küssələr də, incisələr də, umu-küsünü içlərinə gömdülər, susdular, ancaq kimsə Elçibəyin işıqlı xatirəsinə sayğısılıq, hörmətsizlik edəndə, təhqiramiz ifadələr işlədəndə susa bilmirlər. 

Hazırda Nemət Pənahlının Elçibəy haqqında səsləndirdiyi xoşagəlməz fikirlərə kəskin reaksiya verilməsi o üzdəndir. 

Bu, çox paradoksal, həm də ibrətamiz olaydır. Elçibəyin siyasi fəaliyyətinin, xidmətlərinin nəticəsində asanlıqla maddi nemətlər, yüksək mənsəblər əldə etmiş şəxslər onu yamanlayır, kölgəsinin qılınclayır, amma ömrünü, gəncliyini Elçibəyin ideyalarına, onun personasına həsr edən və mərhumiyyətlər yaşayan şəxslər onun müdafiəsinə qalxırlar. 

Bu, fanatizm deyil, əhdə vəfa, prinsiplərə sədaqət göstəricisidir. Hərəkatçılar üçün Elçibəy nakam siyasi tale yaşamış, ideyalarının çoxunu həyata keçirə bilməmiş, aramızdan vaxtsız ayrılmış bir ideoloqdur, liderdir. 

Heç kəs onu müqəddəs elan etməyib. Ancaq ömrünü gerçəkdən də xalqına, millətinə həsr etmiş, onun müstəqil və qüdrətli dövlət olması, öz firavan cəmiyyəti ilə dünya birliyinə qovuşması üçün çalışan, idealist və kristal bir adam olan liderin bu cür təhqiri, sayğısızlığı haqq etmədiyi açıqlığı ilə ortadadır. 

Söz yox, hazırda Elçibəyi istəməyənlər, ona qarşı qərəzli olanlar var, ancaq vaxt gələcək, bu xalq Elçibəyin gerçək dəyərini verəcək.

Bu baxımdan mərhum eks-prezidentə kin bəsləyənlər öz hikkələrini boğsalar və bu reallıqla barışsalar yaxşıdır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar