Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Behbudov Mingəçevirdəki ölüm işini araşdırıb


Məlum olaylara görə saxlanılan şəxslərə 10-20 sutka həbs verilib


Avqustun 20-də Mingəçevir Şəhər Polis Şöbəsində dünyasını dəyişən Bəhruz Hacıyevin dəfnindən sonra şəhərdə aksiya keçirilmişdi. Aksiya zamanı polislə mərhumun yaxınları və şəhər sakinləri arasında toqquşma baş vermişdi. Nəticədə 20-dən çox aksiya iştirakçısı həbs edilmişdi.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Elçin Behbudov avqustun 25-də Mingəçevirdə olub və Bəhruz Hacıyevin yaxınları ilə görüşüb. Hüquq müdafiəçisi həmçinin Mingəçevir Şəhər Polis Şöbəsində də olub və aksiya zamanı həbs edilənlərlə görüşüb. 

E.Behbudov görüş barədə musavat.com-a açıqlama verib. Hüquq müdafiəçisi bildirdi ki, səfərdə məqsəd Bəhruz Hacıyevin intihar etməsi faktını və onun işgəncəyə məruz qalıb-qalmamasını araşdırmaq olub. 

B.Hacıyevin atası Dilsuz Hacıyev və əmiləri Gündüz Hacıyev, Səməd Səmədovla görüşən E.Behbudov onların şikayətlərini dinləyib: “Atası və əmiləri ilə görüşdə onların iştirakı ilə meyitə ikinci dəfə baxış zamanı mərhumun qolunda, ayağında zorakılıq əlamətlərinin, zədələrin olub-olmamasını soruşdum. Belə halın şahidi olmadıqlarını dedilər. Əsas şikayətləri ondan ibarətdir ki, Bəhruz Hacıyev dindirilmə zamanı kabinetdə niyə tək buraxılıb. Ailəsi Bəhruz Hacıyevin bədəninin sol tərəfində nöqtə kimi qara ləkələrin olmasından narahatdır. Və həmçinin mərhumun telefon və saatının yoxa çıxması da ailəni narahat edən məsələlərdəndir”.

Hüquq müdafiəçisi daha sonra B.Hacıyevin özünü atdığı deyilən otaqda da olub: “Həmin otaq çox kiçikdir. Həmçinin pəncərəsi də. O pəncərədən kimisə atmaq mümkün deyil. Əgər onu kimsə pəncərədən atsaydı, binanın yanına düşərdi. Bəhruz Hacıyevin cəsədi binadan 6 metr kənarda olub”.

Şöbənin rəisi polkovnik Ələsgər Bədəlovla da görüşdüyünü deyən hüquq müdafiəçisi B.Hacıyevə qarşı elektroşok aparatından istifadə edilməsi məsələsinə də aydınlıq gətirdiyini söylədi: “Ələsgər müəllim bildirdi ki, Bəhruz Hacıyevin şöbəyə gətirilməsi kameralarda var. O, şöbəyə gətiriləndən 6-7 dəqiqə sonra özünü atıb. Ələsgər Bədəlov elektroşok aparatlarını yeni aldıqlarını, lakin heç istifadə edilmədiyini bildirdi. Bunu prokurorluq tərəfindən aparılan araşdırmalar da sübut edib”.

Aksiya zamanı həbs olunanlarla görüşdüyünü deyən E.Behbudov hazırda Mingəçevir Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerində 16 nəfərin saxlanıldığını və onların 10-20 sutka azadlıqdan məhrum edildiklərini bildirdi: “16 nəfər polisə müqavimətdə təqsirli bilinərək həbs ediliblər. Onlar 10-20 sutkayadək azadlıqdan məhrum ediliblər. Onlar inzibati qaydada həbs olunublar. Heç biri saxlanma şəraitindən narazı deyil. Həbs olunanlara qarşı zor tətbiq edilməyib”.

Hüquq müdafiəçisi yalnız B.Hacıyevin ölümünə görə həbs olunan polis baş leytenantı Şahlar Şahlarzadənin Gəncə İstintaq Təcridxanasına köçürüldüyünü qeyd etdi. 

Qeyd edək ki, Ş.Şahlarzadə Cinayət Məcəlləsinin iki maddəsi üzrə- 125 (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar