Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Quliyevin qardaşının 66 sahibkarı ikinci dəfə talamaq cəhdi


Dövlət Sərhəd Xidməti rəisinin icra başçısının müavini olan qardaşının qarşısını kim aldı?


Bir neçə gün öncə Sumqayıtdakı “Şərq bazarı” ərazisində 66 mağazanın ətrafının hasara alınması bu obyekt sahiblərinin ciddi etirazına səbəb olub.

 Onların iddiasına görə, bu prosesə “RSHT” şirkətinin sahibi Rəşid Babayevlə Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Akif Quliyev başçılıq edirlər. Yeri gəlmişkən, Zakir Fərəcov ötən ilin sentyabr ayında Abşeron rayonundan Sumqayıta icra başçısı göndəriləndən sonra Akif Quliyevi birinci müavin vəzifəsindən uzaqlaşdırıb. İndi birinci müavin əslən Zəngilandan olan Faiq Kərimovdur. O, Zakir Fərəcovun Abşeron rayon icra hakimiyyətində müavini işləyib. Onu da qeyd edək ki, keçmiş birinci müavin Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı olduğundan icra hakimiyyətindən tam uzaqlaşdırılması hələ ki mümkün olmayıb.

PİA.AZ AzToday.az-a istinadən xəbər verir ki, “Şərq bazarı” ərazisindəki 66 obyektə gəldikdə, həqiqətən dörd tərəfi hasara alınıb və mağazaların qapılar açıq olsa da, müştərilərin uzaqlaşması ilə nəticələnib. Rəşid Babayev KİV-ə açıqlamasında heç bir dəlil-sübut gətirmədən mağaza sahiblərini cinayətkar adlandırmaqdan belə çəkinməyib: “Onlar cinayətkardırlar, ağızlarına gələni danışırlar. Hara, nə yazmaqları da mənim üçün maraqlı deyil”.

Rəşid Babayevin heç nədən xəbəri olmasa da, yəqin ki, həmin 66 obyektin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1994-cü il tarixli 933 nömrəli sərəncamı əsasında tikildiyini bilir. Həmin sərəncamla ərazidə fərdi şəxslərin vəsaiti hesabına açıq bazarın və ticarət obyeklərinin tikilməsinə qərar verilib. O vaxtdan indiyə kimi 24 obyekt sahibi mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi ilə, qalan obyektlərin isə hər biri texniki pasportla təmin edilib.

Belə olan halda, vaxtaşırı 66 obyektlə bağlı nədən belə problem yaranır?
sumqayitBu 66 obyektlə bağlı problem Eldar Əzizov Gəncədən Sumqayıta icra hakimiyyəti başçısı gələndən bir müddət sonra da gündəmə gəlmişdi. 2013-cü ildə bazar ətrafında antisanitariya bəhanəsi ilə 66 sahibkarın mağazası möhürlənərək 14 gün bağlı saxlanılmışdı, sahibləri isə mağazaların həndəvərinə belə yaxın buraxılmırdılar. Eldar Əzizovun həmin vaxt birinci müavini olan Akif Quliyev sahibkarları yığaraq hərəsindən 4 min manat tələb etmişdi. O, hətta həmin toplantıda tələb etdiyi məbləğ ödənilməzsə, sahibkarlara şəxsən özünün buldozerin sükanı arxasında oturaraq mağazaları yerlə-yeksan edəcəyi ilə bağlı hədə-qorxu da gəlmişdi.
Çıxılmaz vəziyyətdə qalan 66 sahibkar uzun sürən danışıqlardan sonra 150 min manat ödəyərək Akif Quliyevi razı sala bilmişdilər. Halbuki, burada elə mağaza var ki, satlığa qoyulan ümumi malın dəyəri 300-400 manat etməzdi.

150 min manat icra başçısının birinci müavininə çatandan iki gün sonra mağazaların möhürü qırılmış, sahibkarlar üzləşdikləri qanunsuzluqdan canlarını qurtara bilmişdilər. Ancaq ərazi ilə bağlı məsələ o vaxtdan bəri tam həll olunmamış qalırdı. “Şərq bazarı” ticarət mərkəzinin rəhbəri Rəşid Babayev ortağı olan keçmiş baş prokuror Eldar Həsənovun himayə etdiyi Afət Həsənova (əvvəllər onun keçmiş baş prokurorun bacısı olduğu iddia edilirdi) vasitəsilə hər fürsətdə 66 sahibkarın obyektlərini sökdürmək üçün müxtəlif hiylələrə əl atıb. Qeyd etdik ki, 2013-cü ildə antisanitariya bəhanəsi ilə bu mağazaların sahibləri incidilib və külli miqdarda pul müqabilində özlərini qismən təqibdən yayındıra bilmişdilər. Hətta o vaxtkı qalmaqaldan sonra sahibkarlar özləri hər bir obyektin yenidən qurulması üçün müəyyən iş görməyə də başlamışdılar. Lakin Akif Quliyevə arxalanan Rəşid Babayev bu prosesin də başa çatmasına əngəl ola bilib. Daha doğrusu, himayədarlarının dəstəsyi ilə abadlıq işlərinin dayandırılması üçün yerli məhkəmədə qərar da çıxartdırıb.

Bu il iyunun 10-da sahibkarların başı üstünü, belə demək mümkünsə, “qara buludlar”, daha doğrusu “qara qüvvələr” yenidən kəsdirib. Yenə həmin Akif Quliyev sahibkarları Rəşid Babayevin kabinetinə yığaraq onlara mağazaların qarşısının dərhal hasarlanacağını bəyan edib. Belə də olub. Sahibkarlar etirazlarını bildirəndə, icra başçısının müavini mağazaların sökülüb yerində park salınacağını deyib. Halbuki 66 mağazanın qanuna uyğun qaydada tikilməsi ilə bağlı Ali Məhkəmənin Plenumunun da qərarı var.

Akif Quliyevin xəbərdarlığından sonra sahibkarlar iyunun 20-də Sumqayıt şəhər icra hakimiyyətinin qarşısına toplaşıblar. AzToday.az-a daxil olan məlumatlara görə, onları icra başçısının birinci müavini Faiq Kərimov qəbul edib və məsələnin müsbət həlli üçün tədbirlər görüləcəyinə söz verib. Cənab Kərimov hətta ədalətli addım atılması məqsədilə icra hakimiyyəti başçısı Zakir Fərəcova məruzə ediləcəyini də bildirib. Beləliklə, sahibkarlar onun vədinə inanaraq sakitcə geri qayıdıblar.

Bir gün sonra isə məlum olub ki, Faiq Kərimovla görüç həqiqətən müsbət nəticələnib. Qeyd edək ki, iyunun 20-də sonradan sahibkarlarla şəhər mənzil-kommunal təsərrüfatı idarəsinin keçmiş binasında keçirilən görüşdə Sumqayıtın baş memarı, həmin Akif Quliyev və icra hakimiyyətinə yeni təyin olunan hüquqşünas da iştirak ediblər. Sahibkarlar iddia edirlər ki, birinci müavin Faiq Kərimov öz nüfuzundan, narazı sahibkarların ona inamından istifadə edərək problemin müsbət həllinə nail olub. O, həmin iclasda sahibkarlardan savayı burada yüzlərlə digər insanın çalışdığını vurğulayaraq mağazaların əsassız bəhanələrlə söküləcəyi ilə bağlı məsələnin yolverilməz olduğunu qeyd edib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Faiq Kərimov təyin edilib.

Beləliklə, həm də məlum olub ki, 66 mağazanın ətrafının hasarlanması Akif Quliyevin öz təşəbbüsüdür. Bu dəfə mazağa sahiblərinə miqdar oxumağa vaxtı çatmayıb. Görəsən, nə qədər pul almağı könlündən keçirib?
Bu fakt həm də onu göstərir ki, Akif Quliyev birinci müavin postundan məhrum olması ilə razılaşmır. Bəziləri isə iddia edirlər ki, Dövlət Sərhəd Xidmətinin rəisi olan qardaşına güvənən Akif Quliyev şəhər icra hakimiyyətində əsl söz sahibinin özünün olduğunu sübut etməkdən ötrü bu cür addımlar atır. Hər halda, “Şərq bazarı” ətrafında yaranan növbəti qalmaqalı səngimiş hesab etmək olar…

P.S. 2013-cü ildə icra başçısı Eldar Əzizova və Dövlət Sərhəd Xidmətinin rəisi olan qardaşına güvənib 66 sahibkardan 150 min manat alan Akif Quliyevə cinayət işi qaldırıla bilərmi? Fikrimizcə, bu faktı hüquq-mühafizə orqanları araşdırmalıdır.

Heç olmasa, indi Akif Quliyevdən soruşmaq olar: Həmin 150 min manat nə məqsədlə alınmışdı? Onu kiminlə bölüşüb?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar