Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudovla bağlı istintaq müəmması


Hüquqşünas: “Ya ona xəbərdarlıq edilir, ya da hansısa proseslərə hazırlıq gedir”


2 il əvvəl Eldar Mahmudov vəzifəsindən çıxarılanda belə xəbərlər dolaşırdı ki, sabiq naziri daha yüksək vəzifəyə təyin edəcəklər. Hətta Eldar Mahmudovun baş nazir postuna gətiriləcəyi xəbəri də dolaşırdı. Bu xəbər gerçəkləşməsə də, ötən ayın son günlərinə qədər bir çoxları E.Mahmudovun yeni vəzifəyə təyinatını gözləməkdə davam edirdilər.  Odur ki, sabiq nazirin əleyhinə danışmaqdan çəkinir, “mahmudovçu”ların cinayətlərini xatırlamamağı üstün tuturdular.

Ötən ayın sonundan situasiya dəyişib. Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edib qandalladılar. Məhkəmə sabiq nazirin əmisi oğlu barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib Bakı İstintaq Təcridxanasına yolladı. Bunun ardınca 2 il gözlənilən və Eldar Mahmudov üçün yaxşı heç bir perspektiv vəd etməyən proses başladı. Sabiq nazirin özünü də əmisi oğlunun həbsinə təqdimat verən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edib saatlarla dindirirlər. Artıq E.Mahmudovu 3 dəfə dindiriblər. 3-5 saat çəkən dindirmələrin sonuncusunda sabiq naziri vaxtilə MTN-də incidilmiş, əsassız olaraq həbs edilən, döyülən, işgəncələrə məruz qalan şəxslərin yaxınları, özləri qarşılamışdılar. Eldar Mahmudovun üzünə lənət oxuyan, onu xoş olmayan sözlərə “qonaq” etmişdilər.

Görünür, bu gəlişmə uzun illər sabiq nazirə qarşı hərəkətsiz qalan zümrəni də yerindən tərpədib. Redaksiyamıza ən müxtəlif mənbələrdən sabiq nazirin əməlləri haqda hüquq-mühafizə orqanlarının qiymət verməli olduqları məlumatlar gəlməkdədir. Bu məlumatlarda sabiq nazirin adı qırmızı xətlə keçir. Maraqlıdır ki, E.Mahmudovun dindiriləcəyi ilə bağlı məlumatlar yenə də xəsisliklə ictimiləşdirilir. Sabiq nazirin istintaqa nə vaxt çağırılacağı haqda məlumat verilmir.  

Hüquqşünas Ələsgər Məmmədli gununsesi.info-ya açıqlamasında Eldar Mahmudovun həbsini real hesab etmədiyini vurğulayıb. O bildirib ki, sabiq milli təhlükəsizlik nazirinin həbsi onun işdən çıxarıldığı ilk 4-5 ay ərzində baş verə bilərdi: “Lakin prosesdən bir neçə il keçdikdən sonra Eldar Mahmudovun həbsi bir o qədər real görünmür. Çünki ”MTN işi" ilə bağlı xeyli şəxsin istintaqa cəlb olunaraq barələrində məhkəmə istintaqının yekunlaşdığını nəzərə alsaq, bu, qeyri-real görünür. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir".

Image result for Hüquqşünas Ələsgər Məmmədli

Son günlərdə Eldar Mahmudovun iki dəfə istintaqa cəlb olunaraq ifadə alınmasına gəldikdə isə Ələsgər Məmmədli hesab edir ki, bir şəxs barəsində açılan cinayət işi ilə bağlı bir neçə dəfə istintaqa ifadə vermək üçün çağırıla bilər və bu, təbii haldır: “Onun istintaqa bir neçə dəfə çağırılması Eldar Mahmudovun həbs ediləcəyi demək deyil. Bu barədə proqnoz vermək çətindir. Çünki bu cür məsələlər təkcə hüquqi  müstəvidə deyil, eyni zamanda siyasi müstəvidə də həllini tapdıqdan sonra qəti qərar verilir. Ona görə ki, Eldar Mahmudov ölkədə əhəmiyyətli bir posta rəhbərlik edib və orada baş verənlərə görə məsuliyyət daşıyıb. Əgər bu şəxs zamanında həbs edilməyibsə, indi onun istintaqa dəvət edilməsi başqa proseslərdən xəbər verir”.

Hüquqşünasın fikrincə, Eldar Mahmudovun istintaqa çağırılması yeni situasiyanın yaranmasından xəbər verir: “Bununla ya ona xəbərdarlıq edilir, yaxud hansısa proseslərə hazırlıq gedir və bu da ona yönəlik bir mesajdır”.

Xatırladaq ki, sabiq nazir ləğv olunmuş MTN-in  7 vəzifəli şəxsinə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyələrini aşma) və 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə başlanmış cinayət işi üzrə dindirilir. Bundan əlavə, MTN istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesində yekun qərar verilərkən E.Mahmudov və qurumun istintaq idarəsinin rəisi Mövlam Şıxəliyev haqda da xüsusi qərardad çıxarılıb. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V. Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb. Məhkəmənin hökmü ilə V. Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilib. Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib.

Məhkəmə Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar