Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudovla kim gizli işbirliyində olub? – Müxalif cəbhədə qarşılıqlı ittihamlar


Eldar Mahmudovun işdən çıxarılması və Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) bandanın ifşa olunması yalnız bu cinayətkar qrupdakı generalları, polkovnikləri, bankirləri, rabitədəki “çetesi” deyil, onların əlaltılarını da ağır vəziyyətə salıb


Hər halda MTN-dəki banda ilə (MTN-lə deyil-red.) yanaşı onlarla əlbir işləyənlər, bu şəbəkəyə “iş verənlər”, qanunsuz əməllərində istifadə etdikləri üzəduranlar da ağır cinayətlərə yol veriblər. 

Bu səbəbdən onların həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi lazımdır. Ancaq nədənsə hələlik belələrinin ifşasına başlanılmayıb.
Bu proses başlayarsa, əminik ki, ən azı MTN generallarının cəmiyyəti şoka salan əməlləri qədər sensasiyalı, ilginc faktlar ortaya çıxacaq – Mahmudovcu bandanın kimləri, hansı şərtlərlə, nə qədər pulun müqabilində və ya nə ilə şantaj edərək özünə işlətməsi aşkarlanacaq.

Hələlik rəsmi şəkildə bunların açılmasına başlanmasa da, mətbuatda MTN-ci bandaya işləyən məmurların, vəzifəli şəxslərin adlarına rast gəlmək mümkündür. Bir çox qurumlara Mahmudovcu bandanın öz adamlarını yerləşdirdiyinə və ya onları müəyyən şərtlərlə özlərinə işləməyə məcbur etdiyinə dair hər gün yeni faktlar açılır.

Eyni zamanda MTN-dəki bandanın bəzi “müxalifət partiyaları” və mətbuat orqanları ilə də işbirliyinin olduğuna dair məlumatlar, ittihamlar səslənir. Ancaq ortaya konkret faktlar qoyulmadığından bunların nə qədər həqiqəti əks etdirdiyi, nə qədərinin sadəcə qarşı tərəfi ləkələmək üçün boş ittiham olduğunu söyləmək çətindir.

Elə bu səbədən bir-birini MTN-dəki bandaya işləməkdə ittiham edən ölkənin 2 ən tirajlı qəzetinin – “Azadlıq” və “Yeni Müsavat” qəzetinin rəhbərlərinin hansısa faktlara söykəndiklərini iddia etmək mümkün deyil. Ancaq hər halda ortada ciddi ittihamlar var.

Əli Kərimli ilə Eldar Mahmudov gizli anlaşma içərisində olub”

6

Belə ki, ilk olaraq “Yeni Müsavat” qəzeti “General Elçin Əliyevlə Rəsul Quliyevin telefon danışığı – kod “28 oktyabr”…” məqaləsində AXCP cədri Əli Kərimlini və ad cəıkmədən “Azadlıq” qəzetini Eldar Mahmudovla işbirliyində ittiham edib: ” Beynəlxalq Bank işi ilə bağlı cinayətlər ortaya çıxanda hər kəs əmin idi ki, bunca masştablı mənimsəmələr, özbaşınalıqlar yalnız bankın rəhbəri Cahangir Hacıyev səviyyəsində ola bilməzdi. Onun mütləq bir hamisi var; bütün nəzərlər də C. Hacıyevin qudası Eldar Mahmudovun üzərində fokuslaşmaqda idi. 

Lakin o zaman Eldar Mahmudov qüdrətinin pikində idi; kimsə onun haqqında danışa və yaza bilmirdi. Hətta prezidenti hər fürsətdə tənqid və çox zaman da təhqir edən Əli Kərimlinin mediadakı və sosial şəbəkələrdəki qırğıları da uzun illər idi ki, Eldar Mahmudov haqqında heç nə yazmır; Kərimli özü isə bu adam haqqında heç nə danışmırdı. Mətbuat sənayesinin içində olan hər kəs bilir ki, Kərimli və onun adamları bunu yalnız bir halda edirlər: ünvanına susduqları məmur (şəxs, vətəndaş) onlara illik xərac ödəyir, əlaqə yaradır və üstəlik, özü barədə susmaq məcburiyyəti yaratmaqla, həm də başqaları haqda da kompromatlar ötürürlər. Bu baxımdan, siyasi kluarlarda Əli Kərimli ilə Eldar Mahmudovun gizli anlaşma içərisində olduğu hər zaman danışılan mövzu idi. İddialara görə, Əli Kərimlinin müavinlərindən biri də məhz bu əlaqələr sayəsində yüz faizli həbs təhlükəsindən qurtula bilmişdi...

Lakin zaman gəldi, prezident Eldar Mahmudovu işdən çıxartdı və səhnəni örtən pərdə aradan qaldırıldı. İndi hər kəs özünü bu səhnəyə atıb, Eldar Mahmudov barəsində bildiklərini qışqırır. Bu həşirin içində ən çox eşidilən “səs” də Kərimovcu medianın səsidir; onun sosial şəbəkələrdəki dəstəsi də MTN-in keçmiş şefi ilə anlaşmanı artıq qüvvədən düşmüş sayan liderlərinə baxaraq, düzlənir…”

“Baş redaktor bu dəfə baş şantajçı rolunda…”

1436364557_rauf-arifoglu-4

“Azadlıq” qəzeti isə buna daha sərt və genş məqalə ilə cavab verib. “Arifoğlu Mahmudovu vəziyyətdən necə çıxarır?” başlıqlı həmin məqaləni də təqdim edirik:

“Rauf Arifoğlu yenə öz ampluasındadır. Deyəsən, indi də “adımı sənə qoyum” taktikasını seçib, bu istiqamətdə cızmaqaralar yazmaqla məşğuldur. Sanki 3-4 gün əvvəl vaxtilə Eldar Mahmudovun dəstəsilə əməkdaşlıqda, bu gün də həmin dəstənin maraqlarına uyğun informasiyaları tirajlamaqda ittiham olunan Rauf Arifoğlu və onun rəhbərlik etdiyi “Yeni Müsavat” deyildi. Görünür, Rauf Arifoğlu Eynulla Fətullayevin konkret arqumentlə irəli sürdüyü iddiaya cavab verə bilmədiyindən, öz ənənəsinə sadiq qalaraq, başqalarına şər-böhtan atmaqla hədəfi özündən yayındırmaq cəhdində bulunur. Bu yolla həm də absurd mövzunu ortaya atıb diqqəti hədəfdən yayındırmaq məqsədi güdülür.

Rauf Arifoğlunun “unutqanlığı”

İndi isə keçək Arifoğlunun cəfəng iddialarına. Guya, AXCP sədri Əli Kərimli və ona yaxın medianın (ad çəkilməsə də, “Azadlıq” qəzetinin nəzərdə tutulduğu şübhəsizdir-red.) keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla gizli razılaşması varmış. Bu razılaşmaya əsasən də nə Əli Kərimli, nə də ona yaxın media orqanı Eldar Mahmudovu, onun rəhbərlik etdiyi nazirliyin fəaliyyətini tənqid etmirmiş.

Bu iddianı səsləndirmək üçün ya “Azadlıq” qəzetində yazılanlardan bixəbər olmalısan, ya da vicdandan. Ən azı ona görə ki, MTN-in Əli Kərimliyə, “Azadlıq” qəzetinə qarşı törətdiyi təxribatlar nəinki yerli, hətta beynəlxalq mediada əks-səda doğurub. 

akif-covdarov-300x188

Eldar Mahmudovun “sağ əli” sayılan Akif Çovdarovun “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin başına gətirdikləri nə tez yaddan çıxdı? “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədova qarşı MTN-in təşkil etdiyi şantajı unutmaq ya yaddaş pozuqluğu olmalıdır, ya da…

Əli Kərimlinin ağır xəstə olan qaynı Elnur Seyidovu 2012-ci ilin martında MTN əməkdaşları həbs edib və o, təxminən iki il nazirliyin təcridxanasında saxlanılıb. Elnur Seyidov günü bu gün də 13 saylı cəzaçəkmə müəssisəsində sifarişlə ona verilmiş 7 il 6 aylıq həbs cəzasını çəkməkdə davam edir.

Əli Kərimli və rəhbərlik etdiyi partiyaya qarşı Ruslan Bəşirli əməliyyatını MTN təşkil etməmişdimi? Və yaxud MTN rəhbərliyinin, nazirliyin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin AXCP Ali Məclisinin üzvü Pərviz Həşimli və onun ailəsinin başına açdığı oyunlar… MTN-də Pərvizdən Əli Kərimliyə qarşı şər-böhtan xarakterli ifadələr almaq üçün ona hansı işgəncələr verildiyini bilə-bilə belə yalanları tirajlamağın özü xüsusi “keyfiyyətlər” tələb edir.

Xatırladaq ki, MTN-də Pərviz Həşimlidən guya, onun üzərindən və evindən tapıldığı iddia olunan silahların Əli Kərimliyə gətirildiyi, həmçinin milli təhlükəsizlik nazirinin sabiq müavini, hazırda isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavini olan Əli Nağıyevin AXCP sədrinə maliyyə ötürdüyü barədə ifadələr almaq üçün ona işgəncələr verilib. Pərviz işgəncələrə baxmayaraq, başqalarına böhtan atmadığına görə məhz MTN-in sifarişilə 8 illik həbslə cəzalandırılıb və hazırda həmin cəzanı çəkməkdədir.

AXCP sədrinin müavini, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin başına torba keçirilərək oğurlanıb işgəncələrə məruz qalmasının MTN-in Antiterror Mərkəzinin əməliyyatı olduğunu Arifoğlu bilmirmi?

Eldar Mahmudovu milli qəhrəman etmək missiyası

eldar-mtn

“Azadlıq” qəzetinin səhifələrində baş redaktor Qənimət Zahidin müəllif yazıları da daxil olmaqla, MTN-in fəaliyyətini tənqid edən, bu qurumun öz funksiyasını bir kənara qoyub, müxalif siyasətçilərə, müstəqil jurnalistlərə qarşı ən murdar üsullarla təqib-şantaj kampaniyası aparması, iş adamlarının qəniminə çevrilməsi barədə məqalələrdən Rauf Arifoğlu bixəbərdisə, bunu onun yaddaşsız oxucu olmasının ayağına yazaq. Yaddaşı onu pis vəziyyətdə qoyursa belə, azacıq vaxt və əziyyət səfr edib “google” vasitəsilə axtarış aparsaydı, gülünc duruma düşməkdən xilas ola bilərdi.

Hələ ondan danışmırıq ki, “Azadlıq” qəzetinin maliyyə sanksiyaları ilə çökdürülməsi planı da gedib Eldar Mahmudovun yaxın qohumu olan Əli Əsədova gedib çıxır. Arifoğlunun bundan məlumatsızdırsa, hökumətdəki dostlarından, Tağı Əhmədovdan öyrənə bilər.

İndi isə keçək Arifoğlu və rəhbərlik etdiyi qəzetin bir ay əvvələ qədər Eldar Mahmudov və MTN haqqında yazılanlara. Artıq neçə illərdir ki, Rauf Arifoğlu və qəzeti MTN-in təxribatları ilə üzləşən, bu qurumun hədəfində olan şəxslərə qarayaxma, böhtan kampaniyası apardığına görə zaman-zaman tənqid olunur. “Yeni Müsavat”ın səhifələrində Emin Milli və Adnan Hacızadənin təxribatla həbsindən sonra yazılanlardan tutmuş, Xədicə Ismayıl, Leyla Yunus və Emin Hüseynovun guya, Qərb kəşfiyyatının adamı olması barədə böhtanlara qədər müxtəlif nümunələr göstərmək olar. Heç kimə sirr deyil ki, Xədicə İsmayıl, Leyla Yunus və digərlərinə qarşı şər-böhtan planı MTN-in Antiterror Mərkəzində hazırlayıb yayılır.

Arifoğlu bu böhtanları tirajlayanda “Azadlıq” qəzeti Naxçıvan sakini Turac Zeynalovun MTN-də işgəncə ilə öldürülməsini ifşa edən məqalələr yayımlayırdı.

Rauf Arifoğlu özünü elə aparır ki, sanki keçmiş daxili işlər naziri Vaqif Novruzovun “Eldar Mahmudova Milli Qəhrəman adı verilməlidir” təklifini tirajlayan “Yeni Müsavat” qəzeti deyildi.

Baş redaktor İlham Əliyevə xəyanət edir?

ilham-rauf-mukafat-300x240

Hər halda, “Yeni Müsavat”dan fərqli olaraq, “Azadlıq” qəzeti heç vaxt MTN-in deputatlarının təbliğat ruporuna çevrilməyi özünə rəva görməyib.
Arifoğlu bir yadına salsın, Eldar Mahmudov vəzifədən çıxarılan gün səhər (hələ bu barədə xəbər yayılmamış) onun qəzetinin manşeti necə idi? Eldar Mahmudovun xidmətlərinə görə irəli çəkiləcəyi və baş nazir olacağı barədə manşet yazısı nə tez yaddan çıxdı?

Arifoğlunun qəzetində Eldar Mahmudov və MTN-i tənqid edən yazılara nə vaxtdan və hansı səbəbdən yasaq qoyulduğu barədə də təkcə “Azadlıq” qəzeti olaraq bizim yox, çoxlarının məlumatı var. Sadəcə, Rauf Arifoğlunun bir sıra başqalarına qarşı davranışlarından fərqli olaraq, biz özəl həyata aid məqamları qəzet səhifələrinə çıxarmağı özümüzə yaraşdırmırıq. Həm də hesab edirik ki, kimliyindən asılı olmayaraq, hər kəsə qarşı şantaj pislənməlidir.
Və nəhayət, Eldar Mahmudovla Əli Kərimli, “Azadlıq” qəzeti arasında razılaşma olduğunu bildiyi halda, Arifoğlu bunu niyə vaxtında yazmırdı? Bu, onu xidmətlərinə görə medala layiq görmüş Ilham Əliyevə xəyanət deyilmi?

Görünür, Arifoğlunun Ilham Əliyevin gözündən düşməkdən qorxduğu dönəmlərdən növbətisidir və Əli Kərimlini, “Azadlıq” qəzetini hədəfə gətirməklə özü yayınmağa çalışır”. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar