Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudovun daha iki generalı DTX-dan qovuldu


Keçmiş nazirin ətrafında həlqə daralır


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun çox yaxın ətrafı kimi tanınan daha 2 generalın Dövlət Təhlükəsizlik Xidmətindəki (DTX) fəaliyyətinə son verilib. 

“AzPolitika.info”nun əldə etdiyi məlumata görə, DTX-nın rəisi Mədət Quliyevin əmrilə general-mayor Əlimusa Əliyev və general-mayor Fərhad Vahabov təhlükəsizlik orqanlarından xaric olunublar.

Qeyd edək ki, adları çəkilən hər iki generalın DTX-dan uzaqlaşdırılacağı gözlənilən idi. Məsələ ondadır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Kadrlar Baş İdarəsinin rəisi vəzifəsində işləmiş general-mayor Əlimusa Əliyev nazir Eldar Mahmudovun sadiq adamlarından – “pulyığanlarından” biri hesab edilirdi. Eldar Mahmudov məhz Əlimusa Əliyevin əli ilə MTN-də “bazar” açmış, pul hesabına 100-lərlə bu sistemə yararsız şəxsi təhlükəsizlik orqanlarında işə götürmüşdü.

MTN-in Mərkəzi Aparatının rəhbəri vəzifəsini tutmuş general-mayor Fərhad Vahabov da Mahmudovun ən yaxın kadrlarından biri hesab edilirdi. Onun adı Eldar Mahmudovun bir çox qeyri-qanuni işlərində həlledici rol almış şəxs kimi hallanıb.

Qeyd edək ki, Eldar Mahmudova xidmətlərinin müqabilində bu generallar özləri də böyük pullar, varidat  qazanıblar. Belə ki, Əlimusa Əliyevin böyük biznes şəbəkəsinin olduğu haqda məlumatlar var. Onun Bakı, Şamaxı, Yardımlı, QaxZaqatala şəhərlərində istirahət mərkəzlərinin, mağazalarının, çörək sexlərinin, fermalarının və restoranlarnın, hətta notarius məntəqələrinin də olduğu deyilir.

Ə.Əliyevin Qax rayonu, İlisu kəndində böyük hotel kompleksi tikdirdiyi, “Bergs otel & Restaurant” istirahət guşəsinin ona məxsus olduğuna dair də məlumatlar var.

Elə Fərhad Vahabov da vəzifədə olduğu illərdə böyük biznes şəbəkəsi qurub. Onun BakıŞabran şəhərlərində iri mağazalara, restoranlara, çin və yapon mətbəxi təqdim edən kafelərə, geyim butiklərinə sahib olduğu bildirilir.

Hər iki generalın belə böyük biznesə qanuni yollarla yiyələnmədikləri şübhəsizdir. Onların məsuliyyətə cəlb olunacaqları da istisna olunmur.

E.Mahmudovun yaxın çevrəsinə qarşı cəza tədbirlərinin davam etməsi keçmiş nazirin ətrafında həlqənin daraldığını göstərir. Bu cəzalandırma tədbirləri sonda sabiq nazirin həbsilə nəticələnəcəkmi, bunu yaxın gələcəkdə biləcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar