Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudovun pullarını “yuyan” bankı yoxlamaq üçün amerikalı mütəxəssislər göndərilir

Yaxın iki həftə ərzində amerikalı mütəxəssislər “ABLV Bank” üzərindən çirkli pulların yuyulması sxemlərini araşdırmaq üçün amerikalı mütəxəssislər Latviyaya göndəriləcək


Bu barədə Latviyanın iqtisadiyyat naziri Arvil Aşerandnes yerli telekanallardan birinə müsahibəsində deyib.

Xəbər verildiyi kimi ötən həftə ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə Şəbəkəsi (FinCOM) “ABLV Bank”a qarşı sərt sanksiya tətbiq edib. Maliyyə naziri Stiven Mnuçin bəyan edib ki, bank Azərbaycan, Rusiya və Ukraynadan milyardlarla dollar çirkli pulların yuyulmasını təşkil edib. Habelə Şimali Koreyanın nüvə proqramlarına yardım edən pul yuma əməliyyatları həyata keçirib. Bankın Bakıda, İçərişəhərdə yerləşən “AG Centre” biznes mərkəzində ofisi var. Bank çevrələrindəki mənbələr “ABLV Bank”ın vaxtilə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun qudası Cahangir Hacıyevin pullarının offşorlara ötürülməsini təşkil etdiyini bildirir.

İqtisadiyyat naziri Aşeradnes bildirib ki, ABŞ-ın tətbiq etdiyi sanksiyadan sonra Latviyanın bank sektorunda vəziyyət yaxşı deyil. Çünki həmin bank ölkənin ikinci ən iri bankıdır. “Birinci problem ondan ibarətdir ki, amerikalı mütəxəssislər yaxın iki həftə ərzində bankın hansı pozuntulara yol verdiyini, sonrakı addımları müzakirə etmək üçün gələcəklər. İkincisi, “ABLV Bank” Avropa Mərkəzi Bankının müşahidəsi altındadır və hazırda yaranmış böhranın necə idarə olunacağı məlum deyil. Çünki Latviya Bankının (mərkəzi bank) prezidenti İlmar Rimşeviç hələ də iş yerinə qayıtmayıb”-nazir deyib.

Bundan əvvəl Latviyanın maliyyə naziri Dana Reyzinets-Ozol dövlətin “ABLV Bank”a bir avro da veməyəcəyini deyib. Nazirin sözlərinə görə, sanksiyaya baxmayaraq bankın likvidliyi yüksək olaraq qalır və bankda depozit yerləşdirənlər narahat olmamalıdır. Lakin maliyyə naziri hesab edir ki, ABŞ-ın sanksiyasından sonra Latviya Bankının prezidenti istefa verməli, heç olmasa məsələ aydınlaşana qədər vəzifədən kənarlaşmalıdır. Çünki FinCEN bildirir ki, bank 2017-ci ilə qədər Latviya məmurlarına, o cümlədən nizamlayıcı orqanın rəhbərliyinə rüşvət verərək çirkli pulların yuyulması sxemlərinə dair araşdırılmanın aparılmasını əngəlləyib.

Bu arada Latviyanın qiymətli kağızlar bazarı üzrə Komissiyası Avropa Mərkəzi Bankının təlimatı əsasında “ABLV Bank”ın ödəmələrinə məhdudiyyət qoyub, müştərilərin hesablarına istənilən valyutada debet əməliyyatları həyata keçirməyi qadağan edib. Məqsəd banka vəziyyəti sabitləşdirmək üçün əlavə vaxt qazandırmaqdır.

Bank isə Mərkəzi Bankdan qiymətli kağızların girov qoyulması şərti ilə 480 milyon avro təcili borc xahiş edib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar