Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Namazov Eldəniz Quliyevə cavab verdi


“Yəqin onun narazılığı mən xaricdə olanda keçirilən məhkəmə prosesinə qatılan insanlarla bağlıdır”


EL Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə verildikdən sonrakı müddətdə müxalifət düşərgəsinin onu müdafiə etməsindən razılığını ifadə edib. 

Lakin Ali Məclisinə sədrlik etdiyi EL Hərəkatının müdafiə işində iştirak səviyyəsindən razı qalmadığını bildirib: “EL Hərəkatının özünün Ali Məclisinin sədrinin müdafiəsi yönündə fəaliyyətini qənaətbəxş hesab etmirəm. Təəssüf ki, belədir. Eldar Namazov məhkəmə prosesində iştirak eləmədi”.

E.Quliyevin narazılığının əsaslı olub-olmadığı ilə bağlı EL-in sədri E.Namazova müraciət etdik. O bildirdi ki, ümumiyyətlə Azərbaycanda son dövrlərdə baş verən proseslər, demokratik düşərgəyə, vətəndaş cəmiyyətinə qarşı təzyiqlər, həbslər elə bir mühit yaradıb ki, narazılıqların yaranmasına bir tərəfdən təbii yanaşır. Başqa qurumlara, şəxslərə olan təzyiqlər EL-in üzvlərinə qarşı da olur və davam edir: “Son aylarda məni və Zəfər Quliyevi müxtəlif proseslərlə bağlı Baş Prokurorluğa çağırıblar. İndi də Eldəniz Quliyevi heç bir əsas olmadan məhkəməyə veriblər. Eldəniz bəyə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası irəli sürüləndə mən xaricə səfərə hazırlaşırdım. Səfərə getməmişdən öncə onunla görüşdüm. Bu məhkəmə iddiası ilə bağlı mətbuata açıqlama verdim. Səfərdə olan zaman məhkəmə prosesi başlanmışdı və mən Parisdən Eldəniz Quliyevlə yazışdım. Vəkillə təmin olunmasında rolumuz oldu. Səfərdən qayıdandan sonra vəkillə danışıb durumla maraqlandım. Çalışırıq həm EL-in üzvü olanlara, həm də digər insanlara belə vəziyyətlərdə imkan dərəcəsində dəstək verək. Yəqin ki, Eldəniz bəydə narazılıq mən xaricdə olanda keçirilən məhkəmə prosesinə qatılan insanlarla bağlıdır. Kimləri ki, orada görmək istəyirdi, onlar üzürlü və ya başqa hansısa səbəbdən məhkəmədə iştirak edə bilməyiblər. Bunu da, inşallah, aydınlaşdırarıq”.

E.Namazov onu da vurğuladı ki, Eldəniz Quliyevin məhkəməyə verilməsinə qarşı verdiyi bəyanatındakı fikirlərin üzərində qalır. Bu məhkəmə işinin heç bir əsası yoxdur. Eldəniz Quliyev Azərbaycan polisinin şərəf və ləyaqətini aşağılayan heç bir fikir işlətməyib: “Tənqidi fikirlərə görə ziyalını məhkəməyə vermək yolverilməzdir”.

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılmasını istəyir. İddiaya səbəb isə Eldəniz Quliyevin yol polisinin qanunsuz əməlləri barədə yazdıqları olub. Kinodramaturq bir müddət əvvəl facebook səhifəsində Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E.Quliyev naziri məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləyib.

Ötən həftə Eldəniz Quliyevin həbs olunacağı ilə bağlı xəbər yayılsa da, məhkəmə prosesi hələ davam edir. 10 sentyabrda Nəsimi Rayon  Məhkəməsi E.Quliyevin işlətdiyi ifadələrin linqivistik ekspertizaya təqdim olunması qərarını çıxarıb. Ekspertizanın rəyindən sonra məhkəmə prosesi davam edəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ən çox oxunanalar