Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Quliyev Tofiq Quliyevlə bağlı sirri açıb: “Mənə demişdi ki…”


Hər filmlə biz tamaşaçılara bayram sevinci yaşadan kino işçilərinin bayramına sayılı günlər qalıb

Onlar var qüvvələri ilə bayram tədarükündədirlər. Kino işçiləri kinomuzun 118 yaşını bərabər qeyd edəcəklər. Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də Azərbaycanda Milli Kino günü qeyd olunur. Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.
 
Milli kino günü ərəfəsində kino xadimlərimizi söhbətə çəkəcəyik…
 
Publika.az-a müsahibəsini təqdim edirik.
 
- Milil kino günü ərəfəsində istədik kinomuzun dünənindən, bu günündən danışaq…

- Danışaq deyirsən, danışaq. Mən çəkdiklərimi çəkmişəm, üstündən 40-50 il keçib, amma bu gün də tamaşaçılar o filmləri sevə-sevə izləyir.
 
- Bəs bu gün necə, film çəkmək istəmirsiniz?
- Əlbəttə istəyirəm. İnşallah, yəqin ki, çəkəcəyəm.
 
- Eldar müəllim, hər sənətkarın şah əsəri olur, kimisi o şah əsərini yaradır, amma kimisi də elə həsrətini çəkə-çəkə bu dünyadan köçür. Siz kinoda öz şah əsərinizi yaratmısınızmı?

- Çox filmlər çəkmişəm, amma deyə bilmərəm hansı alınıb, hansı alınmayıb. Lakin yüz faiz sizə əminliklə deyirəm ki, hələ şah əsərimi çəkməmişəm, onu çəkəcəyim günü gözləyirəm.
 
- Hər bir rejissorun sevimli aktyoru olur. Bəs sizin?

- Sevimli aktyorum Həsənağa Turabov olub. Həsən mənim həm yaxın dostum, həm də sevimli aktyorum idi. O, elə mükəmməl aktyor idi ki, rejissoru çəkiliş meydançasında bir baxışla anlayırdı. Biz bir-birimizi o qədər gözəl başa düşürdük ki, əlavə köməyə ehtiyac qalmırdı. Filmlərimin uğurlu alınmasında aktyor seçiminin də böyük rolu olub, bu danılmazdır.
 
- Amma bu gün sevimli aktyorunuz və onun kimi bir çox gözəl aktyorlarımız dünyasını dəyişib. İndi film çəksəm, hansı aktyorları dəvət edəcəyəm deyə pessimizmə qapılmırsınız ki?

- Mən optimist insanam. Yaxşı aktyorlar həmişə olub və olacaq. Sadəcə olaraq, onları axtarıb, tapıb, üzə çıxarmaq lazımdır. Onlara özlərini sübut etmələri üçün kömək lazımdır. Bizim vaxtilə böyük aktyorlarımız da elə filmlərdə tanınıb, seviliblər. Aktyor çəkildiyi filmlərlə tanınar.
 
- Filmlərinizə fərq qoyursunuz? Məsələn, sizə ən doğma olan film hansıdır? Hansı ki, baxanda, deyirsiniz, əhsən sənə Eldar Quliyev…

- (Gülür). Çəkdiym filmlərin deyə bilmərəm hansı alınıb, hansı yox, amma hamısı mənə doğmadır. Bilirsiniz niyə? Çünki onların hamısını mən yaratmışam.
 
- Bəzən evdə sakitliyə çəkilib filmlərinizə tamaşa edirsiniz?

- Yox, yadıma gəlmir. Hərdən televizorda göstərəndə baxıram. Bəzilərinə baxanda xoşum gəlib, bəzilərinə baxanda da tənqid eləmişəm. Onu da deyim ki, filmlərimin ən böyük tənqidçisi özüm olmuşam.
 
- Qəddarcasına?

- Lazım olanda, bəli. Fikirləşmişəm ki, burada belə çəkməliydim. Burada başqa cür olmalıydı. Əslində tənqid ən böyük inkişaf deməkdir.
 
- Bəs yeni çəkilən filmləri necə, tənqid edirsiniz? Ümumiyyətlə, yeni çəkilən filmlərə heç baxmısınız?

- Baxmışam. Xoşuma gələnlər də olub, bəyənmədiklərim də. Bu barədə danışmaq istəmirəm. Mənə öz filmlərim barədə sual verin.
 
- Başqa filmlər barədə fikir söyləmək istəmirsiniz, yaxşı, onda deyin görək, sizin filmləriniz barədə başqaları tənqid, ya tərif söyləyərkən reaksiyanız necə olur?

- Mənim üçün ən dəyərlisi tamaşaçıların fikridir. Tamaşaçı əgər o filmi bəyənirsə, baxırsa, demək ki, ən böyük qiyməti də onlar verir. İllərdir filmlərim baxılır, sevilir, məncə, ən böyük qiymət, ən qiymətli fikir budur.
 
- Atanız, məşhur bəstəkar Tofiq Quliyev milli kinomuzun ən gözəl nümunələrinə musiqilər yazıb. Amma sizin filmlərin birində də onun musiqilərinə rast gəlməmişik. Nə əcəb?

-  Nə bilim, atamla bu barədə söhbətimiz olmayıb. Amma atam mənə demişdi ki, özünə yaxşı bir bəstəkar tap, onunla işlə. Onu da bildirmişdi ki, ruhuna yaxın olan bəstəkarı tap. Filmlərimdə Qara Qarayev, Müslüm Moqamayev, Fərəc Qarayev, Polad Bülbüloğlu, Siyavuş Kərimov işləmişəm. Onların hər biri ilə işləmək mənə xoş olub.
 
- Tofiq Quliyev heç sizin kino yaradıcılığınız barədə fikir bildirirdi?

- Bəlkə də deyib, amma mən heç vaxt eşitməmişəm.
 
- Kino bayramına hazırlaşırsınız?

- İldə bir dəfə olur, buna görə də kino bayramını sevirəm. Mən də bayrama qatılacam.
 
- Arzularınızı da eşitmək maraqlı olardı?

- Ancaq və ancaq film çəkmək.
 
- Amma bir dəfə söz vermişdiniz ki, səhhətinizdəki problem aradan qalxan kimi film çəkəcəksiniz? İndi ki, yaxşısınız.

- Ötən il insult keçirdim və aylarla müalicə olundum. Hə, indi yaxşıyam, yaxşıyamsa, demək ki film çəkəcəyəm. Amma hələ vaxtı bilmirəm. Gözləyirəm.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar