Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldəniz Quliyevin müşaviri ölkəni tərk etdi


Seyran Rəfiyev: “Məni və ailəmi ölümlə hədələyirdilər”


İsmi Eldəniz Quliyevlə polis əməkdaşları arasındakı konfiliktdə hallanan Azərbaycan Ziyalılar Birliyi sədrinin müşaviri Seyran Rəfiyev ölkəni tərk edib. S.Rəfiyev saytımıza açıqlamasında təhlükəsizlik səbəbi ilə bu addımı atmaq məcburiyyətində qaldığını bildirib.
 
-Seyran bəy, Azərbaycanı nə vaxt tərk etmisiniz?
 
-Artıq bir neçə gündür ki, ölkəni tərk etmişəm. Eldəniz bəyin məlum məhkəmə prosesindən öncə mənə naməlum nömrələrdən zənglər gəlməyə başladı. Zəng edənlərin kimliyi bilinmirdi. Zəng edən şəxlər məni və ailəmi hədələyirdilər. Məni və ailə üzvlərimi ölümlə hədələdikləri üçün ölkəni tərk etməyə məcbur oldum.
 
-Deyilənlərə görə, E.Quliyevlə polis arasında baş verən konfiliktə səbəb sizin idarə etdiyinizi avtomobilin polis əməkdaşları tərəfindən saxlanılması olub.  Deyilənlər doğrudurmu?
 
-Eldəniz bəyin bugünkü məhlkəmə prosesinə səbəb olan hadisə mənim avtomobilimdə baş verib. Yəni həmin vaxt E.Quliyev mənim avtomobilimdə olub. Biz Dilarə Əliyeva küçəsinin kəsişdiyi yerdə işıqforun yanından sola dönməli idik. Həmin yerdə isə piyada keçidi üçün nəzərdə tutulan zolaq vardı. Mən avtomobili idarə edirdim, Eldəniz müəllim isə qabaqda oturmuşdu. Mən uzun illər Kanadada yaşayan, qayda-qanunları kifayət qədər yaxşı bilən bir şəxs kimi piyadaların keçməsini gözlədim. Mən ümumiyyətlə hər zaman qayda-qanunlara ciddi əməl etmişəm və əgər araşdırılsa məlum olar ki, bu vaxta qədər bir dəfə də olsun qaydalardan kənara çıxmamışam. Vətəndaşlar keçəndən sonra mən yoluma davam elədim. Təxminən yüz metr qabaqda polis maşınları dayanmışdı və polis əməkdaşı avtomobili saxlamağım üçün əl etdi. Mən də polis əməkdaşının əmrinə tabe olaraq avtomobili saxladım. Bu zaman avtomobili saxlamağım üçün mənə əl edən polis deyil, digər bir polis əməkdaşı mənə yaxınlaşdı. Hansı ki, o, bizimlə bağlı baş verən hadisəni görmürdü. Həmin polis əməkdaşı bildirdi ki, siz qaydanı pozmusunuz, vətəndaşların keçməsinə imkan verməməsiniz. Hansı ki, Bakıda hər işıqforun yanında müşahidə kamerası mövcuddur və əgər istəsələr həmin kadlara baxa bilərlər və bu görüntülərdən də məlum olar ki, mən doğrudan da heç bir qayda pozuntusuna yol vermədim. Polis əməkdaşı sənədləri tələb etdi və bildirdi ki, sizə protokol yazmalıyam.
 
-Polis əməkdaşının tələbini yerinə yetirdiniz?
 
-Bəli. Mən sənədləri verdim, amma onun protokol tələbi ilə razılaşmadım. Polis əməkdaşı mənimlə çox kobud danışdı. Mən avtomobildən düşdüm və bu zaman gördüm ki, yaxınlıqdakı digər polislər ağsaqqal bir kişi ilə mübahisə edir. Bunu görən Eldəniz müəllim hər zaman haqsızlığa etiraz edən bir şəxs kimi polislərin yaşlı kişi ilə bu cür davranışına etiraz etdi. O, polis əməkdaşlarını vərtəndaşlarla mədəni rəfdar etməyə çağırdı. Bildirdi ki, biz ilk növbədə azərbaycanlıyıq. Ikincisi, bu insan sizdən yaşlıdır. Polis əməkdaşları Eldniz müəllimə də kobud cavab verdilər. Mənə protokol yazanda bununla razılaşmadım və protokola imza atmadım. Qeyd yazdım və orada göstərdim ki, polis əməkdaşının tutduğu iradla razılaşmıram. Bildirdim ki, polis mənə qarşı reketliyə yol verir. Bildiyiniz kimi mən Azərbaycan Ziyalılar Birliyi sədrinin müşaviriyəm. Habelə “Ziyalı” qəzetinin məsul katibiyəm. Mən telefonu götürüb prosesi çəkməyə başladım. Polis əməkdaşı mənə bildirdi ki, indi naryad çağırtdırıb səni apartdıracam. Sənin baş verənləri çəkməyə ixtiyarın yoxdur. Mən isə bildirdim ki, mənim jurnalist olaraq çəkmək səlahiyyətim var. Məni prosesi çəkməyə çox qoymadılar, lakin bununla belə bəzi hissələr məndə var. Bu zaman Eldəniz müəllim baş verənlərə öz etirazını bildirdi. Biz bundan sonra yolumuza düzəldik və oradan uzaqlaşdıq. Hər şey belə oldu. Orada nə polisə, nə də cənab nazirə qarşı hansısa kobud ifadəyə yol verilməyib. Bu hadisənin üstündən 1-2 gün keçəndən sonra Eldəniz müəllimin məhkəməyə verildiyi bəlli oldu. Səbəb də budur ki, guya Eldəniz müəllim polisin şərəf və ləyaqətini təhqir edib. Mən bu hadisənin şahidi olan bir şəxs kimi bildirirəm ki, heç bir təhqir olmayıb.
 
-Təhdid zəngləri bu hadisədən sonra gəlməyə başladı?
 
-Bəli.
 
-Zəng edən şəxslər sizdən nə tələb edirdi?
 
-Mənə zəng edən şəxslər bildirirdi ki, Eldəniz bəydən uzaq durun və onunla bağlı məsələyə şahidlik etməyin. Doğrudur, məhkəmə prosesinə məni şahid qismində dəvət etməyiblər. Lakin onlara bəlli idi ki, mən bu hadisənin canlı şahidi olmuşam. Eldəniz bəyin mənə olan təzyiqlərdən xəbəri var idi. Lakin o, bu barədə açıqlama vermirdi və bunun üçün bizim ölkəni tərk etməyimizi gözləyirdi.  Yəqin ki, bundan sonra o da bu barədə müəyyən açıqlamalar verəcək. Lakin mən öz növbəmdə Eldəniz bəyin günahsız olduğunu təsdiqləyə bilərəm.
 
-Təhdid xarakterli zənglərlə bağlı polisə məlumat verdinizmi?
 
-Mənə edilən təhdid xarakterli zənglərlə bağlı polisə heç bir məlumat vermədim. Ona görə vermədim ki, bu müraciətlərin nəticə verəcəyinə inanmırdım və buna heç bir ümidim yox idi. Bu səbəbdən də baş verənlərlə bağlı polisi məlumatlandırmağa lüzum görmədim.
 
-Hazırda hansı ölkədəsiniz?
 
-Bildiyiniz kimi, ökəni tərk etməyimə səbəb mənim və ailə üzvlərimin ölümlə təhdid edilməsidir. Bu səbəbdən mən indiki məqamda ailəmin təhlükəsizliyini təmin etmək məqsədilə hansı ölkəyə sığındığım haqqında hansısa məlumat verməyi düzgün hesab etmirəm. Ümid edirəm ki, bu həssasiyyətimi anlayışla qarşılayacaqsınız.(moderaator.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar