Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elə bir oyuna cəlb olunmuşduq ki...

ATƏT-ə yenicə sədrlik etməyə başlayanda Almaniyanın xarici işlər nazirinin “Münaqişələrlə bağlı donmuş sözünü qəbul etmirəm!” deməsi, doğrusu, bizdə müəyyən ümidlər yaratmışdı... Düşünmüşdük ki, bu sədr münaqişələrə, xüsusən də Azərbaycan-Ermənistan münaqişəsinə daha diqqətli olacaq...


Almaniyanın o vaxtki imici də belə düşünmək üçün müəyyən ümidlər verirdi. Bu ölkə Qarabağ probleminə yanaşmada həmişə daha tərəfsiz və obyektiv hesab edilirdi. 

Təsadüfi deyil ki, Bakıda tez-tez Almaniyanın Qarabağ probleminin çözülməsinə daha fəal müdaxiləsini təmin etmək haqda, hətta onun da həmsədrlərdən biri olması haqda təkliflər səslənirdi. 

Amma belə eyforiya çox da uzun çəkmədi - Almaniya Bundestaqı da qondarma “erməni soyqırımı”nı tanımaqla bəlli ölkələrin sırasına qatıldı. Düzdür, indiki həmsədr ölkələrdən yalnız biri bu qondarma hadisəni tanımayıb, digər ikisi bunu çoxdan edib və ən maraqlısı odur ki, belə bir vəziyyət rəsmi Bakıya onlarla Qarabağ münaqişəsinin çözülməsində əməkdaşlıq etməyə mane olmur...

Amma yenə də hamı belə hesab edir ki, qondarma “soyqırım” hadisəsi ilə bağlı qətnaməni qəbul edəndən sonra Almaniyanın tərəfsiz və obyektiv dövlət imici tamam korlandı. Fəqət, Almaniya hazırda ATƏT-ə sədrlik edir və Minsk Qrupu da ATƏT-in yaratdığı institutdur. Ona görə də bu ölkə tamamilə problemin periferiyasında qala bilməz...

Almaniyanın sədrliyi dövründə yeni danışıqlara start verildi. Üstəlik, hər iki ölkənin prezidenti bu ölkəyə səfər etdi. Amma nəsə dəyişdimi?..

Güman etmirik. Bəlkə də günah yalnız Almaniyada da deyildir. Bizimkilər hələ Berlində səfərdə olarkən dedilər ki, Rusiya bizim yaxın dostumuz və strateji müttəfiqimizdir! A.Merkel də yumşaq şəkildə işarə etdi ki, onda gedin probleminizi Rusiya həll etsin...

Düzdür, düşünmək olardı ki, Bakı bunu Almaniyanın ATƏT sədri kimi bölgədəki silahlanmadan narahatlığını azaltmaq üçün demişdi, çünki bu ölkədə səfərdə olmuş Ermənistan prezidenti Rusiyanın Azərbaycana müasir silahlar satmasından şikayətlənmişdi. Amma Bakı daha soyuq bir diplomatik ton seçə bilər və Rusiyanın münaqişədəki roluna daha obyektiv işıq sala bilərdi. Amma etmədilər...

Doğrusu, bunu da “başa düşürük”. İki ölkənin - Rusiyanın və Azərbaycanın rəsmiləri həqiqətən də dostluq edir və rəsmi Moskva elə doğrudan da, rəsmi Bakının dostudur. Amma cari, özəl hakimiyyət maraqlarından da savayı maraqlar da var. Gərək, rəsmi Bakı arabir bunu da unutmasın...

Qayıdaq Qarabağ prosesinə. Bəli, Vyana görüşü o qədər nəticəsiz oldu ki, diplomatlar bunu ört-basdır etmək üçün ona “etimad görüşü” adını verdilər. 

Biz bu sətirləri yazanda Sankt-Peterburq görüşünün ərəfəsi idi. Amma deyək ki, bu görüşlə bağlı hələ irəlicədən elə bir gözləntilərimiz yox idi. 

Məsələ ondadır ki, rəsmi Bakı indiki status-kvo, rəsmi Yerevan isə müharibədən əvvəlki status-kvo haqqında danışır. Bakı bildirir ki, indiki status-kvo məqbul deyil. Yerevan isə ərz edir ki, müharibədən əvvəlki status-kvoya qayıtmaqdan söhbət gedə bilməz və Azərbaycan hərbi-teatrdakı hazırkı vəziyyətlə, daha dəqiq desək, ərazilərin işğal olunması ilə barışmalıdır...

Bu, Yerevana “diplomatik torq” üçün lazımdır. Ermənistanın siyasəti yetərincə aydındır - o, torpaq müqabilində Qarabağın müstəqilliyini tanımağı tələb edir, yəni, torpaqlarınızın qayıtmasını istəyirsinizsə, o halda, Qarabağın müstəqilliyini tanıyın!.. Məhz buna görə deyirlər ki, hazırkı reallıqlarla barışmaq və Ermənistanın bu illər ərzində qazandığı “hərbi üstünlük”lə hesablaşmaq lazımdır...

Təbii ki, bu, Azərbaycan üçün məqbul sayıla bilməz. Amma biz bunu bir az əvvəllər düşünməli idik. O vaxt başımız daxili siyasi oyunlara elə qarışmışdı ki, bu haqda düşünməyə nə macalımız, nə də həvəsimiz vardı və özümüzü də elə aparırdıq ki, sanki rayonların biri-birinin ardınca işğalı başqa bir ölkədə, hətta fərqli “koordinat sistemi”ndə gedir. Bəli, o vaxt bizim öz “problem”imiz vardı - Azərbaycanı hələ öz aramızda bölüşdürüb qurtarmamışdıq...
Nə isə... Köhnə dərdlərin içində eşələnməyin mənası yoxdur. Sadəcə, bir məsələni o vaxtlar bilməli idik ki, itirilən torpaqları geri qaytarmaq elə də asan olmayacaqdı... Yox, məsələ onda deyil ki, biz cəmiyyət kimi aciz və ya qorxağıq, ya da bizim hərbi-texniki, iqtisadi və demoqrafik resurslarımız daha zəifdir. Yox, belə deyil. Sadəcə, geosiyasi fon bizim xeyrimizə deyil. Hamı Ermənistana qahmar çıxır, hamı dolayı yolla onu müdafiə edir. Xüsusən də Rusiya bundan yorulub usanmır...

Biz əvvəldən bunun fərqində olmalıydıq. Bilməliydik ki, elə bir “oyun”a cəlb olunmuşuq ki, o, qətiyyən zarafatı və arxayınçılığı sevmir...(musavat.com)


Yazar : Hüseynbala Səlimov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar